26 C
Bakı
29 Avqust 2026 22:14
MədəniyyətTarix

Şəfiqə xanım, siz tarixsiniz – kreslo davası ilə yox, möhtəşəm rollarınızla yadda qalın!

Şəfiqə Məmmədova. Azərbaycan kinosunun canlı əfsanəsi. Xalq artisti və ölkədə olan əksər dövlət mükafatların kolleksiyasına malik nadidə insan. Biz Şəfiqə xanımın filmlərinə baxa baxa böyümüşük. Onun yaratdığı obrazlar bu gün də sevilir. Şəfiqə xanım barəsində ancaq xoş söz demək olar.

Amma. Şəfiqə xanım dayanın. 81 yaşında bu vəzifə hərisliyi, kreslo davası nəyə lazımdır. Ölkədə bu qədər 80+ insanların kreslo xəstəliyi nədir axı.

Şəfiqə xanım elmdə buna belə izah verilir:
“İnsan üçün vəzifə və status sadəcə bir iş deyil, onun kimliyidir.”

Sizin kimlik probleminiz yoxdur axı. Siz tarixə düşmüş obrazlarınız ilə Kimlik qazanmısınız. Bu kreslo xəstəliyi, vəzifə həvəsi sizə kimlik yaratmır axı bizim sevdiyimiz Şəfiqə xanım.

Siz nə yenilik gətirəcəksiniz. Dünyaya çıxacaq hansı filmlərə imza atacaqsınız.

Xəbəriniz var. 44 günlük müharibədən sonra ermənilər neçə neçə əleyhimizə film çəkib dünya festivallarında nümayiş etdiriblər. Siz Qələbəmizin 6 illiyi ərəfəsində nə iş gördünüz ? Hansı filmimiz Qarabağ ilə bağlı çəkildi? Hansı tarixi filmə imza atıldı. Hansı sosial film çəkildi ? Deyin də. Siz vəzifədə hər zaman olmusunuz orda. Mühüm bir dünya səviyyəsində hansı filmimiz oldu ?

Dünyada kinodan böyük təbliğat yoxdur. Baxın. Kristofer Nolanın “Odisssey” filmi. Yunan mədəniyyətini dünyaya bir daha sevdirdi. Siz uzun illər belə vəzifələrdə olanda hansı tarixi, ictimai filmə imza atdınız? Ancaq söz söhbət, dava, kreslo mübarizəsi, gənclərin qarşısında durmaq, şikayətlər və sairə..

İttifaq rəhbərliyindən getməklə Sizin unudularaq, sıradan bir təqaüdçü olmaq qorxunuz olmasın. Siz tarixə düşmüş bir aktrisasınız və hər zaman rollarınız ilə sevilənsiz. Lakin bu kreslo davası uğrunda apardığınız mənasız mübarizə sizi unudulan bir şəxs etməyə səbəb yarada bilər.

Əmin olun, hər kəs, hətta sizə dəstək olan yüksək səviyyədə olan məmurlar da bilirlər ki, rəhbərliyiniz altında Azərbaycan kinosunda hansısa müasir, inqilabi, beynəlxalq səviyyəli yeniliyin baş verməsi real deyil.

Sizin vizyonuz və kino anlayışınız müasir dövrün Netflix tipli platformaları, rəqəmsal distribusiyası, müstəqil prodüserlik sistemi ilə tamamilə tərs mütənasibdir. İnciməyin. Qurban sizə. Siz tarixi sovet dövründə yazmısınız. Yeni müasir Süni intellekt dünyası Sizlik deyil!

Sizin “qələbəniz” “yenilik etmək” üçün deyil, sadəcə “orada olmaq” üçündür.

İzn verin gənclər gəlsin. İzn verin yeni dünyanın qaydalarını bilənlər gəlsin. İzn verin Azərbaycanda kino çəkilsin. İzn verin Azərbaycanı dünyaya tanıda biləcək bacaran insanlar olsun orda.

Sizin həmyaşdılar tez tez deyirlər ey:

“bizdən başqa bu işi bacaran, bu yükü çəkə bilən kimsə yoxdur”.

Özünüzü aldatmayın. İndiki gənclər çox iş bacarırlar və baxın görün nələr edirlər. Sadəcə siz prinsip aparmağı və belə düşünməyi yığışdırıb onlarda imkan yaradın

Sosial mediaya baxın. Görün gənclər Sİ ilə nələr yaradırlar. Onlara imkan olsa nələr edərlər. Nələr…

Siz Tarixsiniz. Belə də qalın. Kreslo davası ilə yox, bu günə qədər oynadığınız möhtəşəm rollar ilə yadda qalın..

Biz Sizi çox sevirik. Rollarınıza görə. Lakin kreslo davasına görə yox.

 

Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Əfsanəvi hokkeyçi Valeri Xarlamov

admin

Qırmızı ordu hissələri Təbriz küçələrində

redaktor

Özbəkistanda uzun illər mövcud olmuş Qarabağlılar məhəlləsi

redaktor