28 C
Bakı
28 Avqust 2026 14:55
İdman

Bir məğlubiyyət, min unudulan qələbə

Azərbaycan cəmiyyəti kin və nifrəti içərisində kinetik enerji kimi saxlayır (FB də bunun güzgüsüdür) və onu püskürmək üçün hər an fürsət axtarır. Qurban Qurbanova münasibət də elədir….

Dünən “Qarabağ”ın yarıtmaz oyununa uğursuzluğa, səhvlər silsiləsinə və komandanın məğlubiyyətinə mən də çox üzüldüm, xeyli əsəbilik keçirtdim və qaralarınca deyindim. Amma uzun illərdir bizə qələbə sevinci və qürur yaşatmış, futbolumuza böyük uğurlar qazandırmış rəmzi bir ad daşıyan komandaya və fədakar məşqçiyə arxa çevirmək, unutqanlıq etmək, onları aşağılamaq ağlımdan da keçmədi.
Bəli, oyun alınmadı, hamımızın kökləndiyi qələbəli nəticə olmadı. Bunun səbəbini hərə bir yoza bilər: gücün azalması, yanlış taktika, orğunluq da, bacarıqsızlıq da, zamanla ayaqlaşa bilməmək, hətta karyeranın sonu da ola bilər.

Amma bütün bunlar “Qarabağ”ı söyməyə, məmləkəti dəfələrlə sevindirmiş Qurban Qurbanovun şəxsiyyətinə hücüm üçün əsas ola bilməz…

 

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor

Əfsanəvi hokkeyçi Valeri Xarlamov

admin

“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…

admin