21 C
Bakı
16 Oktyabr 2026 04:47
DünyaSiyasət

İran Trampın oğluna sui-qəsd cəhdi ilə bağlı iddialara cavab verdi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Tehranın ABŞ prezidenti Donald Trampın oğluna sui-qəsd cəhdi planlaşdırmaqla bağlı ittihamlarını rədd edərək, bunları İsrailin Baş naziri Benyamin Netanyahunun uydurması adlandırıb.

Rezai Trampın oğluna qarşı sui-qəsd iddialarını uydurma adlandırıb və onlardan Amerika prezidentinə təzyiq göstərmək üçün istifadə edildiyini bildirib.

O, “Əl-Manar TV”yə verdiyi müsahibədə bildirib ki, “Trampın oğluna qarşı sui-qəsd iddiası Netanyahunun ABŞ prezidentini aldatmaq və qorxutmaq üçün uydurduğu böyük bir yalandır”.

Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, əgər Tehran Trampın oğlu ilə bağlı qərar qəbul edərsə, “onun həyata keçirilməsinə heç nə mane olmayacaq”.

Rezai qeyd edib ki, “Amma bu xəbər sadəcə Netanyahunun xəyalıdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor

Azərbaycanın AQEM sədrliyi: siyasi nüfuzdan iqtisadi dividendlərə

redaktor