31 C
Bakı
22 Avqust 2026 13:44
DünyaMuharibəSiyasət

Trampın İrana qarşı “ECONOMIC D-DAY”ı

ABŞ Prezidenti Donald Trampın İrana qarşı iqtisadi müharibə (ECONOMIC D-DAY) elanından bir gün sonra İran Prezidenti media orqanlarının qarşısına çıxıb ölkəsinin iqtisadi cəhətdən ciddi sıxıntılar keçirdiyini etiraf etdi. Avqust ayının başlanğıcından bu yana beynəlxalq media orqanlarında dərc olunan məqalələr isə əslində İrana qarşı “ECONOMIC D-DAY” prosesinin çoxdan başladığını göstərir.

Avqustun 2-də Yaxın Şərqin ən önəmli media qurumlarından olan Middle East Broadcasting Networks (MBN) İranda iqtsadi böhranın başladığı barədə məlumat verən ilk nəşrlərdən idi. Nəşrin Yaxın Şərq iqtisadiyyatı üzrə tədqiqatçısı Samir Rauf hələ o zaman yazırdı ki, İran faktiki olaraq müharibə iqtisadiyyatına keçib. Müəllif yazırdı: “Dövlətin bütün resursları hazırda hərbi ehtiyaclara yönəlib. Bu, iqtisadi artım və dövlət xidmətlərinin göstərilməsi üçün böyük problemlər yaradır, çünki büdcə ayırmaları hərbi əməliyyatlara yönəldilir və bu da bank sistemində ciddi pozuntulara yol açır”.

Demokratiyanı Müdafiə Fondu da Samir Raufun bu təsbitini doğrulayan analizində bildirirdi ki, ABŞ-ın hərbi dəniz blokadası İranın gündəlik iqtisadi aktivliyin təxminən 435 milyon dollar azalması ilə təhdid edir və ölkənin neft yataqlarının bir neçə həftə ərzində tamamilə bağlanmasına səbəb ola bilər.

Pezeşkiyanın mətbuat katibi Fatimə Mühacirani hələ İyulun 28-də verdiyi açıqlamada vətəndaşlara subsidiya kimi verilən benzinin aylıq nisbətinin adambaşına 70 litrdən 50 litrə endiriləcəyini elan etmiş və bunu benzin çatışmazlığı ilə əlaqələndirmişdi. Görünən bu idi ki, Rusiyadan sonra İranda da neft məhsullarına tələbat artmışdı.

Mühaciraninin dediyinə görə, müharibə İranın daxili emal gücünə ciddi ziyan vurduğu üçün ölkə bu addımı atmağa məcburdur. O həmçinin bildirmişdi ki, hazırda İranda gündə təxminən 100 milyon litr benzin istehsal olunur, amma bu ölkə tələbatını ödəmədiyi üçün əlavə neft məhsulları idxal etmək məcburiyyətində qalırlar.

İrandakı iqtisadi böhran vətəndaşların maaşlarının almasını da çətinləşdirib. Müxtəlif media orqanlarına açıqlama verən iranlılardan bəzilər hətta 7 aydır maaş ala bilmədiklərini bildirirlər.

Ekspertlərin və maliyyə institutlarının proqnozlarına görə, müharibə İranın iqtisadi böyüməsinə də ciddi zərər vurur. Beynəlxalq valyuta Fondunun məlumatına görə, inflyasiya 2025-ci ildə zatən 50 faizi keçmişdi. İran rialı ötən ilin iyul ayında ABŞ-ın hərbi əməliyyatından sonrakı aylarda dəyərinin təxminən 60 faiz zəifləmişdi. BVF bu ilin fevral ayının sonunda başlayan hərbi əməliyyatlardan sonra, İran iqtisadiyyatının 2026-cı ildə 6,1 faiz azalacağını proqnozlaşdırmışdı. Bəzi proqnozlara görə isə, bu il inflyasiya 70 faizə qədər arta bilər.

Ölkədə inflyasiya ən çox qida məhsullarına təsir göstərib. “Associated Press”in məlumatına görə, Tehranın mağazalarında hələ də ehtiyatlar var, lakin bir çox ailələr artıq onları ala bilmirlər. Nəticədə düyü müharibə başlayandan bəri təxminən 60%, mal əti isə təxminən 150% bahalaşıb.

AP-nin məlumatına görə, İran Əmək Nazirliyinin rəsmisi ötən həftə may ayının sonuna qədər bir milyondan çox iş yerinin itirildiyini bildirib. Benzin hələ də böyük miqdarda subsidiya ilə təmin olunur, lakin prezident Məsud Pezeşkyanın köməkçisi daxili istehlakın istehsaldan çox olduğunu da gizlətməyib.

Müharibə İranın neft ixracına da mənfi təsir göstərib. Məlum olduğu kimi, Çin ötən il İranın tədarükünün 80%-dən çoxunu alaraq əsas qlobal müştəri idi. Lakin qlobal əmtəə bazarları və fiziki ticarət axınları üzrə real vaxt rejimində məlumat və analitika təqdim edən beynəlxalq şirkətlərdən olan Kpler-in hesablamalarına görə, avqust ayında Çinin İrandan xam neftini idxalı dəfələrlə azalıb. Belə ki, Çin avqustun 1-ci yarısına qədər İrandan gündə təxminən 534.000 barel təşkil edir ki, bu da ötənin dövrü ilə müqayisədə gündə 1,4 milyon bareldən 3 dəfə aşağı göstəricidir.

Trampın iqtisadi müharibə elanından sonra vəziyyətin daha da mürəkkəbləşəcəyi gözlənilir. “Reuters” dünən (21 avqust 2026) yaydığı görə məlumata görə, ABŞ-ın blokadası Tehranın daşınmasını azaltdığı üçün İranın Çinli alıcılara xam nefti təklifləri də azalıb.

“Reuters” yazır:

“ABŞ, Tehranın əsas valyuta mənbəyi olan neft satışlarını dayandırmaq cəhdi ilə aralarındakı müharibəni dayandırmaq üçün əldə edilən razılaşmanın pozulması səbəbindən, 13 iyulda İranın gəmiçilik və limanlarına yenidən blokada tətbiq etdi. Bu, Tehranın enerji infrastrukturuna müharibə dövründəki zərbələrdən əvvəlki itkiləri daha da artırdı”.

“Kpler”-in baş xam neft analitiki Muyu Xu isə Sinqapurun şərqindəki Malayziya sularındakı gəmilərdə 40 milyon barel İran neftinin olduğunu təxmin edir, baxmayaraq ki, bunun əksəriyyəti artıq alıcılara vəd edilib.

“Hazırkı göstəricilər Çinli alıcıların sentyabr ayının sonlarından etibarən İranın yeni tədarükü ilə bağlı demək olar ki, heç bir təchizatla təmin olunmayacağını göstərir, çünki yüklü İran tankerləri indiyə qədər ABŞ blokadasını yarmağı bacarmayıb”, – deyə o, cümə günü LinkedIn-də paylaşımında yazıb.

Mənbələrdən iddialarına görə, İran tədarükü ilə bağlı qeyri-müəyyənliklə əlaqədar olaraq, müştərilərdən biri Braziliyadan Lapa xam neftini alıb, digərləri isə İraqın Bəsrə xam neftinə baxıblar.

Energy Aspects şirkətinin baş neft analitiki Sun Jianan bildirib ki, “ABŞ blokadası fonunda İranın az mövcudluğu nəzərə alınmaqla, Çinli müştərilər indi Rusiya və İrandan kənara baxırlar”.

Kpler-in iddialarına inansaq, tədarük iyun ayında gündə 785.000 barelə düşüb ki, bu da 2023-cü ilin fevralından bəri ən aşağı göstəricidir. Üstəlik, bütün bunlar Trampın iqtisadi müharibə elanından əvvəlki göstəricilərdir. Getdikcə, bu göstəricilərin də əriyəcəyi gözlənilir. Bir sözlə, İranın bu iqtisadi böhrandan çıxması o qədər də asan olmayacaq.

Xatırladım ki, ABŞ-ın İraqa qarşı müharibəsi də iki mərhələli şəkildə həyata keçirilmişdi. 1990-cı ilin 2 avqustunda başlayan ilk körfəz savaşında əl-qolu bağlanan İraq 13 illik fasilədən sonra yenidən ABŞ-ın hücumlarına məruz qalmışdı. II Körfəz savaşında iqtisadi cəhətdən tamamilə çökdürülən İraq rahat loxum kimi həzmi-rabedən keçirilmişdi. Məsələyə bu baxımdan yanaşanda Trampın “mənim dünya qədər zamanım var, amma İranın zamanı yoxdur; saat işləyir.”” deyərkən nəyi nəzərdə tutduğunu anlamaq o qədər də çətin deyil.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada buğda ixracı son 16 ilin ən aşağı səviyyəsinə düşüb.

admin

N. Paşinyan: Kərki Ermənistan ərazisi deyil

admin

Rusiya Ukraynada soyqrım həyata keçirir, dünya susur

redaktor