28 C
Bakı
22 Avqust 2026 10:27
DünyaSiyasət

Pentaqonun İran statistikası suallar yaradır

Pentaqonun İran müharibəsi ilə bağlı avqust ayına olan ən son rəsmi hesabatda canlı itkiləri barədə aşağıdakı göstəriciləri açıqlayıb:

Ölü sayı – 18 hərbçi;
Yaralananlar – 757 hərbçi.

40 günlük müharibənin sonunda eyni göstəricilər aşağıdakı kimi idi:

Ölü sayı – 13 hərbçi;
Yaralananlar – 381 hərbçi.

Pentaqonun məlumatlarının itkilərin həqiqi sayını əks etdirdiyi hətta Amerikada da şübhə altına alınır. Yaralı kimi qeydə alınanlar sonradan öldükdə statistika dəyişdirilmir. Yaraların nə dərəcədə ağır olduğu haqda da məlumat verilmir. Adətən, onların 90%-nin artıq xidmətə qayıtdığı bildirilir, hərçənd buna inanan azdır. Bundan başqa, Pentaqon itki sayını az göstərmək üçün yalnız hərbçi itkisi barədə məlumat verir. Lakin ABŞ bazalarına servis müqavilələri əsasında çoxlu sayda mülki şəxslər və özəl hərbi təşkilatların işçiləri xidmət edirlər.

Bununla belə, son göstəricilər çox maraqlıdır.

40 günlük müharibədən sonra ABŞ-la İran arasında təxminən 10 gün intensiv hava döyüşü oldu. Lakin 40 gündə ABŞ 394 (13+381) hərbçi itkisi vermişdisə, 10 gün ərzində 381 (18+757-394) hərbçi itirdi. Yəni itki sayı 4 dəfə (!!!) artdı.

Hələ nəzərə almaq lazımdır ki, 10 günlük döyüşlərdə ABŞ hərbçiləri İran yaxınlığındakı ərazilərdən çıxarılmışdılar.

Növbəti döyüşün statistikasını gözləyək.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə 10 Azərbaycan vətəndaşını daşıyan gəmiyə dron hücumu edilib

redaktor

Türk Dövlətləri Təşkilatı (TDT) məkanında ticarət, iqtisadi əlaqələr dinamikasi necə dəyişir?

redaktor

Talibanın hakimiyyətdə 5 ili: Qələbədən təcridə gedən yol

redaktor