28.1 C
Bakı
01 Avqust 2026 12:52
DünyaHadisə

Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

İspaniya-Mərakeş sərhədində yaşanan qarşıdurma zamanı İspaniyaya daxil olmaq istəyən onlarla mərakeşli həyatını itirib.
Mərakeşlilər sadəcə olaraq İspaniyaya daxil olub orada sığınacaq almaq istəyirdilər.

Fələstinlilər isə 7 oktyabrda İsrailə daxil olub bir neçə saatın içində 1500-dən çox yəhudini öldürdü. İsrail öz insanını silahlı terrorçulardan müdafiə edəndə, onlara qarşı əməliyyat aparanda, İspaniyanın baş naziri Sançez bunu insan haqlarının pozuntusu adlandırırdı.
İspaniyaya daxil olmaq istəyən ərəblərə qarşı edilən bəs onda nədir?

Onlarla insan həyatını itirib, itirməyə də davam edir. İspaniya sahillərinə yan alan mərakeşlilərin qayıqları ispanlar tərəfindən vurulub dağıdılır, insanlar sularda boğulub həyatını itirir, İspaniyanın sərhəd xidmətinin əməkdaşları, ordusu isə sadəcə durub seyr edir. Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Demokratiyanın nəticəsi rəqəmlərdə görünür

redaktor

İran müharibəsinin dərsi: Güclü hava müdafiəsi artıq zərurətdir

redaktor

Seuta böhranı: Miqrasiya, yoxsa geosiyasi təzyiq?

redaktor