Bax, siyasətdə “qavratma idarəetməsi, üçölçülü oyun budur, 3D oyun budur.
Bu oyunun proqnoz-təhlilini yazmışdıq. Link bölümünə yerləşdirəcəm.
Yanıldığımız və görmədiyimiz hissəsi də oldu. Düşünürdüm ki, “mübarizə” ilə yenidən CHP sədri etdiriləcək.
Atatürkün koltuğunu və partiyasını belə asanlıqla tərk edib, bu qədər yenilənə biləcəyini, Yeni Parti quracağını ağlabatan görmürdüm.
Düşünürdüm ki, ən azı qurultaya qədər proses olacaq.
Yeni Parti qurulub, elə bir duruma gətirildi ki, Türkiyədə yaxın bir neçə ildə keçiriləcək Parlament seçkilərində 25-30 faiz səsi olacaq.
CHP qurulmuş institut olaraq iflic oldu. Partiyanın təcrübəsi və strukturları Ərdoğana Prezident seçkilərində problem olmayacaq.
Özgür Özəl yaxın bir neçə ildə keçiriləcək Prezident seçkilərində müxalifətin ən güclü namizədi olacaq. Və bu namizədin səsi heç vaxt 50+1 olmaq gücündə deyil.
Ərdoğana (sistemə) də bu, bəs edir…
