31.3 C
Bakı
24 İyul 2026 22:32
DünyaSiyasət

Səudiyyə Ərəbistanının nüvə planı və Trampın İsrail şərti

ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutan sazişdə İsraillə bağlı şərt yoxdur.

Ancaq saziş iki ölkənin enerji nazirləri tərəfindən imzalandıqdan sonra ABŞ Prezidenti Donald sosial şəbəkəsindəki hesabında yazıb ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmasa, saziş tamamlanmış hesab edilməyəcək.

İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur. Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahi İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir.

Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ-la imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dakı yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-a ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər.

Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır? Çünki, Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dan əməli dəstək gözləyir.

Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Siyasətdə “qavratma idarəetməsi, üçölçülü oyun

redaktor

CHP-də tarixi parçalanma: Yeni Partiya siyasətin əsas oyunçusuna çevrildi

redaktor

Səudiyyə şahzadəsinin dərs ola biləcək ölümü

redaktor