DünyaSiyasət

Fyodorov mübahisəsi: son qərarı kim verməlidir?

Söz vermişdim, Ukraynadakı son hökumətiçi, MN Fyodorov dəyişikliyi barədə ətraflı yazım.

Ukraynada neçə gündür ki, müdafiə naziri M. Fyodorovun istefaya göndərilməsi ətrafında siyasi, inzibati, hərbi həm ictimai mübahisəli durum yaranıb. Qəribə, dünyada bir ilk haldır.

Harada görünüb ki, MN kimi bir spesifik, sırf ölkə təhkükəsizliyi, hərbi sahəsi kimi vertikal idarəçilik tələb olunan təşkilatda, prezident, həm ali baş komandanın əmri saya alınmır?

Ölkə hərbi rəhbərliyinə kimin təyini müzakirə, mübahisə edilir, həm ordunun içindəki yüksək ali komandirlər arasında. Və iş o yerə gəlib ki, hətta Kiyevdəki sıravi vətəndaş mitinqlərində.

Hamısı, Zelenskinin müharibə şəraiti tələbinə uyğun olmayan aşırı demokratlığı, onun xeyli vaxtını sanki, xarici işlər naziri funksiyasında səfərlərdə keçirib xarici dövlətlərdən mühüm, hər cür dəstək, əldə etməsinə sərfi və yəqin ki, ölkə, ordu daxili hallara diqqət azlığıdındandır.

Hamı prezidentə tövsiyə edir… Ətrafındakı və cəmiyyətdəki hər kəs birdən Prezidentin kadr siyasəti üzrə aparıcı mütəxəssisə çevrilib. Ən kritik spesifik məlumatların 5%-inə belə malik olmayan bəzi insanlar kimin işdən çıxarılmalı, ya kimin təyin edilməli və niyə, təyin edilməli olduğunu xüsusi inamla və inadla izah edirlər.

Bu, xüsusilə müharibə zamanı, məlumatların əhəmiyyətli hissəsinin ictimaiyyətə açıqlana bilmədiyi bir vaxtda, xüsusən də ki tam dövlət sirri olan bir sahədə təhlükəli, yersiz görünür.
Dövlətdə hərbi, təhlükəsizlik sahəsində kadr qərarları, ictimaiyyətin əksəriyyətini heç vaxt görməyəcəyi onlarla müsbət və mənfi cəhət arasında çətin bir seçimdir. Buna görə də bu sahəyə aidiyyətsiz kənar şəxslərin qəti fikrili nəticələri bilgilərə deyil, fərziyyələrə əsaslanır.

Prezident, ali baş komandan hərbi rəhbərliyə, yaxud digər sırf spesifik sahələrə təyin etdiyi insanın təkcə peşəkar keyfiyyətləri deyil, həm də komanda daxilindəki münasibətləri, etibar səviyyəsini, təhlükəsizlik barədə məsələlərini, uzunmüddətli planlar, kəşfiyyat məlumatlarınl və işin içində olmayanların heç vaxt bilmədiyi, bilə də bilməyəcəyi daha başqa nələri görür…

Vətəndaş yalnız, aysberqin zirvəsini görür və nədənsə, gördüyünün yekun nəticə çıxarmaq üçün kifayət etdiyinə inanır. O məlumatsızlıq, bilgisizliklə də çıxartdığı nəticə nə ola bilər?!

Yəni, Hazırda hər kəs Mixail Fyodorovla bağlı mümkün kadr dəyişikliklərini müzakirə edir.
Bəs hər şeyi artıq başa düşənlərdən kim əsl səbəbi bildiyini dürüstcə deyə bilər? Heç kim.

Yalnız fərziyyə irəli sürmək olar. Məsələn:
– Bəlkə də Fyodorov artıq öz vəzifəsini yerinə yetirib və digər sistemləri dəstəkləyə bilərlər.
– Bəlkə də onun təcrübəsi hazırda başqa bir sahədə daha çox lazımlı, önəmlidir.
– Bəlkə də Fyodorovun rəqəmsal islahatları tempinə hərbi sistem hazır deyildi ardıcıllıq fərqli olmalıdır.
– Bəlkə də Prezident yeni bir komanda qurur
– Bəlkə də hamının bilməyə haqqı olmadığı, prezident demədiyi təhlükəsizlik səbəbləri var.
– Yaxud, bəlkə də səbəb tamamilə fərqlidir.

Və ən əsası da odur, bu gün bu qədər asanlıqla məsləhət verən bütün bu insanlar sabah sözləri üçün heç bir məsuliyyət daşımayacaqlar. Əgər onların məsləhəti yalan olarsa, sadəcə yeni bir izahat tapacaqlar. Rəhbərləri, şəraiti, ya Qərbi, parlamenti, məmurları və ya kimisə başqasını günahlandıracaqlar. Həmişə də belə olub, olur.

Lakin, nəticələrə görə prezident Zelenskiy özü şəxsən məsuliyyət daşıyacaq. Məhz buna görə də son kadr qərarlarını vermək hüququ da ona məxsus olmalıdır. Daha, Facebook, Telegram, televiziya studiyaları və ya Ukraynada istənilən kadr qərarını pozmağı çoxdan öyrənmiş Rusiya təbliğatına məxsus olmamalı. Vəziyyəti bütün məlumatlara sahib olan və hər gün bu qərarlar üçün şəxsi məsuliyyət daşıyan şəxsdən daha yaxşı gördüyünə kim və necə əmin ola bilər ki?

Və bütün səhvlərə, müharibəyə, belə təzyiqə və çoxsaylı problemlərə baxmayaraq, Ukrayna öz müstəqillik tarixində ən təsirli, demokratik icra hakimiyyətinə malikdir. Və bu da öz-özünə baş verməyib. Bu, məhz, Zelenskinin sayəsindədir.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Trampı məhkəməyə verdi – Vətəndaşlıq və 75 milyon dollar tələb edir

redaktor

Las Veqasda yerləşən məşhur “Flamingo” hotel-kazinosu

admin

ABŞ İrana hücum etdi, Tehran isə Amerika bazalarına hücum etdi

redaktor