İdman

Hər şey var, amma heç nə yoxdur…

Hər şey var, amma heç nə yoxdur…

Lionel Messi-dir. Dünyanın 1-N-li (Argentinalı) futbolçusudur. 2026 DM finalında İspaniyaya uduzublar, 39 yaşlı milyarderdir, oturub ağlayır stadionda,10 milyonlarla azərkreş qarşısında. Əmin olduğu zəfəri itib, hissini saxlaya bilmir.

Bütün zamanların ən güclü futbolçusu hesab edilən Lionel Messinin karyerasına bir baxaq:

– səkkiz dəfə “Qızıl top” mükafatının sahibi.
– üç dəfə FİFA-nın “İlin oyunçusu” mükafatçısı.
– 2008- Pekin Oyunlarının olimpiya çempionu.
– peşəkar karyerası ərzində 919 qolun müəllifi
– tarixdə ilk dəfə altı Avropa Qızıl Butsı sahibi.
– neçə Cənubi Amerika, Avropa kuboku sahibi.
– 2022-il dünya çempionu və daha nələr, nələr.

Baxandan sonra, ağlaması üzərində düşünək. İnsanın fiziki, maddi tutumu ilə, şüur və istək tutumu arasında böyük fərq var. Uğurları, var- dövləti ya qarın toxluğu ilə fiziki, fizioloji tərəf deyir bəsdir, artıqlaması ilə! Şüur, istək-həvəs tərəfi deyir yox, bəs deyil, sonunacan davam!

Bir, hörmətli, mərhum, yaşlı, çox da maddi və rütbə imkanlı tanışım vardı. Bir gün görüşdük, dedim həyat necə gedir? Dedi: hər şey var, heç nə yoxdu! Anladım dərhal: istək-həvəsi bitmir. Görünür, hörmətli Messinin istək, həvəsi qalır.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Argentina yenə taxt uğrunda: Yamal kral olacaq, yoxsa Messi respublikanı qoruyacaq?

redaktor

DÇ-2026-da böyük final günü

admin

Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?

redaktor