DünyaGündəmSiyasət

Müdafiə Nazirliyindən kənarlaşdırılan Fyodorov hara təyin olundu?

Ukraynadan, V. Zelenskinin istefaya göndərdiyi Müdafiə Naziri, Mixail Fyodorov barəsində yeni xəbər yayılıb.

Zelenskinin müşavirindən gələn ilkin məlumata görə, Prezident bütün bu siyasi, ictimai, inzibati dairələrdən, aksiyalardan gələn tələbli etirazlara baxmayaraq, öz bilgisi, açıqlamadığı əsasları və fikrində qalaraq, M. Fyodorovun Müdafiə Naziri vəzifəsinə geriyə qayıtarılmasını təmin etmədi.

Əvəzində, Zelenskiy Mixail Fyodorovla görüşüb, söhbət edib, onu Müdafiə İnkişafı Koordinasiya Şurasının (MilTech) və Strateji Planlaşdırmanın sədri təyin edir.

O, müdafiə layihələrinin əlaqələndirməsi, uzun mənzilli pilotsuz sistemlərinin istehsalı və raket proqramına birbaşa nəzarət edəcək. Və o hərbi satınalmaların auditi və Qərb donorları ilə bağlı qarşılıqlı əlaqədə, hərbi-sənayeyə xarici investor cəlbində status alır. Bununla da, gərginlik bitdi.

Onu qeyd edim ki, bu vəzifə prezident nəzdində olaraq, Müdafiə Naziri postundan xeyli fərqli və aşağıdır. Və bu görünür ki, müharibənin gərgin vaxtı cəmiyyət və siyasilərlə böhran yaranmadı və Fyodorova yeni vəzifə verildi. Bununla belə, Fyodorovun, Zelenski bilib və açıb, qabartmaq istəmədiyi nəsə “qüsurları”, yəqin qeyddə qalır. Hansı ki, Fyodorovun Müdafiə Naziri vəzifəsini itirməsinə səbəb dərəcədə olub.

Bu məsələ ilə bağlı daha son bir yazım olacaq, iradlı. Hansı ki, sosial, humanitar, ticarət və ya iqtisadi yox, Müdafiə Naziri kimi ən spesifik və mühüm ölkə təhlükəsizliyinə aid vacib vəzifəyə təyinatda, ölkə prezidenti Zelenskiyə bu sahəyə aidiyyətsiz, bilgisiz və işin içindən də xəbərsiz bəzi insanların yersiz təsir etmə çəhdləri oldu. Demokratiya çox yaxşıdır, amma belə ki “bazar kimi” həddi aşma səviyyəsi də, gərək, olmasın.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur, Wildberries Yanğınından 3 epizod

redaktor

Cəmiyyət kimi kimləri ucaldırıq?

redaktor

“400 min rubl nağd pul” – Rusiya ordusu cinayətkarları pulla cəbhəyə cəlb edir

redaktor