Bu gün tarixi gündür və söhbət təkcə Rusiyanın ən böyük logistika mərkəzi olan “Wildberries”in vurlmasından getmir.
Bu gün Elektrostal şəhərində yerləşən Rusiyanın ən böyük logistika mərkəzi vuruldu. Çox qısa zaman ərzində yanğın yayıldı və bəzi qiymətləndirmələrə görə zərər artıq 1 milyard dolları keçib. Eyni zamanda Tambov vilayətində yerləşən digər logistika(o da Wildberries) mərkəzi vuruldu. Təbii ki, bu zərbələrin nəticələri, iqtisadi, siyasi və hərbi sahələrə təsiri və s. kiçik və orta sahibkarlara dəyən zərər və bu faktorun rolu çox ciddi amillərdir, amma digər bir məsələyə diqqət yetirməyimiz vacibdir.
Elə bu gün, Moskva vilayətində yerləşən Noginsk neft emalı zavodu vuruldu.
13 gündür ki, Madyarın(bu arada Madyar da Mixail Fyodorova dəstəyini ifadə etdi) rəhbərlik etdiyi “Pilotsuz Sistemlər Qüvvələri” “MoLoÇKa” adlı hərbi əməliyyata start verib. Bu əməliyyat çərçivəsində Azov və Qara dənizdə Rusiya qara donanmasına aid bütün obyektlər vurulur. İndi isə rəqəmlərə diqqət yetirin(video sübutlar olmasaydı inanmazdım), 13 günə rusların 172 gəmisi vuruldu, fantastik rəqəm, fantastik iş, fantastik nəticə.
Bütün bu hadisələr arasında 1, 2, 3 ay müddət fərq yoxdur, bunlar indilərdə baş verir.
İndi isə fikir verin, Ukraynada fərqli-fərqli qurumlar(hərbi qüvvələr) hərəsi Rusiyanın nəhəng bir sahəsini üzərinə götürərək ona maksimal gücdə zərbələr endirməyə çalışırlar. Hədəfə alınan sahələr isə, istənilən dövlətin fundamental strateji sahələridir və onlara vurulan zərbələr Rusiyanın ümumiyyətlə dövlət olaraq mövcudluğunu sual altına ala bilər.
