2016-cı ildən Trampın telesuflyor operatoru kimi çalışan Qabriel Perez vəzifəsindən sui-istifadə edərək prezidentin çıxışlarının məzmunu üzrə mərc oymayırmış. Ağ Evin mətbuat katibi Kerolin Livittin sözlərinə görə, Perez bu yolla $100 minə qədər qazana bilərdi.
Telesuflyor operatoru canlı çıxış edən şəxsin oxuduğu mətni ekranda düzgün sürətlə və formatda idarə edən mütəxəssisdir. Aydındır ki, o, Trampın çıxışının mətni əvvəlcədən ona verilirdi. Deməli, Trampın nə deyəcəyini o, əvvəlcədən bilirdi. Məncə, Livitt onun mərclərdən qazancını çox kiçildib.
Livit deyib ki, prezident bu xəbəri çox böyük təəssüf hissi ilə qarşılayıb və onu ödənişsiz məzuniyyətə göndərilib. Əlavə edib ki, artıq Tramp üçün yeni telesuflyor operatoru tapılıb və növbəti çıxışı zamanı (17 iyulda) onunla işləyəcək.
Atalar demişkən, alma ağacından uzaq düşməz.
Qırmızıpapağın komandasında hamı alverçidir. Çıxışı danışan Tramp da ondan pul qazanır (səhmləri əvvəlcədən almaq və ya satmaqla), çıxışa aidiyyəti olan Trampa dost şirkət sahibləri də, çıxışı idarə edən şəxs də.