Sağlamlıq

Ayaqlarınızı sirkəli suya qoyun, görün nələr olacaq

Göbələk kimi ən çətin gedən problemdən xilas yolu…

Ayaqlara baxım etmədikdə pis qoxu, göbələk, ziyil və “mazol” kimi müxtəlif sağlamlıq problemləri yaranır. Bu problemlər həm sağlamlığa ziyandır, həm də ayaqların çirkin görünməsinə səbəb olur.

Tacxeber.com bildirir ki, ayaqlarınızda həm sağlamlığınıza ziyan verən, həm də estetik görünüşünü pozan qüsurlar varsa, artıq bunları dərd etməyin.

Sirkəli suyun faydaları:

Ayaq qoxusu, həddən artıq tərləmə və yanlış ayaqqabı seçimi nəticəsində meydana gəlir. Bunun qarşısını almaq üçün sirkəli su ən gözəl və təbii vasitədir.

Göbələyin qarşısını alır

Göbələk ayaqlar üçün ən böyük sağlamlıq problemidir. Sirkənin tərkibində olan turşu maddəsi sayəsində göbələkdən və onun yaratdığı saralmalardan qurtulmaq mümkündür.

Dərini qüsursuzlaşdırır

Sirkəli su ölü hüceyrələrdən xilas olmağa kömək edir. Odur ki, daha sağlam dəriyə sahib olmaq istəyirsinizsə, sirkəli sudan istifadə edin.

Ziyilin əmələ gəlməsinin qarşısını alır

Ayağın estetik görünüşünü pozan problemlərdən biri də ziyillərin əmələ gəlməsidir. Ziyil müxtəlif faktorlar nəticəsində yaranır. Ayağınızda ziyil varsa, pambığı sirkəli su ilə isladıb ziyil olan yerə sürtün.

“Mazolu” yumşaldır

Yanlış ayaqqabı seçimindən görə ayaqlarda qabarlar yaranır. Ayaqlarınızı almalı sirkə ilə qarışdırılmış ilıq suda ən azı 20 dəqiqə saxlayın.

Qaşıntını azaldır

Ayaqlarınızda qaşıntı varsa, yenə də ən gözəl vasitə alma sirkəsidir. Bunun üçün ayaqlarınızı sirkəli suda 20 dəqiqə vanna edin və qurulayın.

 

Tacxeber.com

Oxşar xəbərlər

Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

admin

Tərkibində yüksək miqdarda yod olan QİDALAR

redaktor

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

redaktor