Gündəmİqtisadiyyat

Milli Məclis səhvi düzəltdi, amma itirilən haqlar necə olacaq?

Bu gün Milli Məclis doğru bir qərar verdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir.

Bir neçə il öncə qəbul edilmiş qanuna görə, müəyyən müddətdə valyutanı (öz pulunu ha) xaricdən gətirməyənə 3 ilə qədər iş düşürdü.

Bu qanun qəbul ediləndə ciddi etiraz etdik, yanlış, məntiqsiz olduğunu söylədik, hətta, vətəndaşın mülkiyyət hüquququnun pozulması olduğunu dedik, iqtisadi fəaliyyətə böyük zərbə vuracağını söylədik (ChatGPT də adımı yazın, mövzunu qeyd edin, soruşun, linkləri görəcəksiniz) – dinləmədilər. Bu illər ərzində yüzlərlə vətəndaş cərimələndi, həbs edildi, məsuliyyətə cəlb edildilər.

Və nəhayət, indi özləri də anladılar, bu mənasız, yanlış qərar ləğv edilir – yaxşı, bəs onlarla zülm görmüş, cərimə edilmiş, həbs yatmış insanların haqqı nə olacaq?! Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”? Bu qanun o zaman qəbul ediləndə yanlış olduğunu deyirdik axı, niyə dinləmirdiniz?!

İnsan yorulur, həvəsdən düşür, belə olmaz, vaAllah olmaz…

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Biznesi boğan sistem, iqtisadiyyatı da boğur

redaktor

Vətəndaşın nəfəsi də vergiyə düşəcək

redaktor

İran adlanan ölkədə, bir yumurtanın qiymətində görünən böyük iqtisadi böhran

redaktor