İsrail Knesseti (Parlamenti) hökumətin qəbul etdiyi qondarma “Erməni soyqırımını” tanıma məsələsini bəyənməyib. (Knesset) 1915-ci il hadisələrini rəsmən, “erməni soyqırımı” kimi tanımayıb.
İyunun 28-də İsrail Nazirlər Kabineti qondarma “soyqırımın” tanınması qətnaməsini yekdilliklə təsdiqləmişdi. Lakin bu, hüquq və qanuna görə hökumət səviyyəsindəki bir qərar idi və qanuna çevrilməsi üçün parlament (Knesset) müzakirə edib də səsverməyə çıxarlması tələb olunurdu.
Azərbaycanın rəsmi etirazlarından, Xarici İşlər Nazirliyinin (XİN) çağırışlarından sonra, İsrail hökuməti sənədin parlamentə təqdim edilmə prosesini dondurub. Və nəticə etibarilə layihə zatən, Knessetdə qəbul edilməyib və edilməz. Qeyd edim ki, mən də, o zaman qərarı eşidən kimi təəccüb qalıb, bir vətəndaş, hüquqşünas olaraq dərhal bu qərarın spontan verilən yanlış, yersiz addım olmasını və hər bir tərəfə, İsrailin özünə də, xeyrsiz və ziyanlı olmasını bildirdim. https://www.facebook.com/share/p/1BP3xkGUsK/
P. S. O qərarın yalnız, İran rejimi kimi tərəflərə hava su kimi xeyri var idi, Türk dövlətləri ilə, İsrail və müttəfiqi Qərb arası münasibətlər pozulsun, o da alınmadı. Təfəkkür və reallıq öz işini gördü.