İstənilən münaqişə və müharibə gedişatında tərəflərin qısa zaman kəsiyində irəli ya geriyə çəkilməsi olur. Amma, əsası və vacibi ümumi proses gediatıdır, tendensiya hansı tərəfədir!
Necə ki, yaz fəslinin başlanğıcında hava gah günəşli isti, gah buludu soyuq olur, amma ki, ümümi mütləq yol, yaya və istilərə doğru olur. Çünki, bu dövr tendensiya, istiqamət belədir.
Bu gün, Rusiya-Ukrayna münaqişəsindəki yol, gedişat cəbhədə bir gün o, bir günsə bu tərəf həmlə edib, nəsə taktiki üstünlük əldə etsə də ümumi gedişat Ukrayna güclənməsi tərəfədir.
Keçək, son 2 günün mənzərəsinə…
Dünən səhər, Ukrayna 2500 km. məsafədəki, Rusiyanın Omsk şəhərindəki ən böyük, vacib neftayırma zavodunu, hansı ki, ölkənin bütün yanacaq sisteminin əsasıdır, darmadağın etdi. Bu barədə dünən ətraflı yayıldı, biz də yazdıq.
Bu gecə (6-7 iyulda) Ukrayna Silahlı Qüvvələri Rusiya kölgə donanmasının səkkiz tankerini məhv edib. Ukrayna tez-tez olur ki, 1-2 tanker batırır, amma səkkiz tanker unikal rekorddur!
Zədələnmiş gəmilər Venera-3, Sanar-1, Sanar- 17, Klimena, Teti, Aleksey Savrasov, Penelope neft tamkerləri olub, Quru yük gəmisi, bərə də hücuma məruz qalıb, zərbələr sıradan çıxarıb.
İndi, Azov dənizində Krım üçün kəskin benzin problemi davam edir. Bütün tankerlər nəzarət və beynəlxalq sanksiyalar altındadır. Benzinin görünməmiş yoxluğu, Krımın işğalına uyaraq, Rusiyanın müxtəlif bölgələrindən yarımadaya köçənləri, təcili kütləvi geriyə köçə vadar edir.
Beləliklə, Rusiyanın artıq, benzin istehsalı və quruda ya suda benzin daşınması problemdir.
Keçək digər sahələrə…
– Moskva Birjasının İndeksi artıq on yeddinci (17-ci) həftədir ki, davamlı və qarşısıalınmaz aşağı düşür. İlin əvvəlindən bəri təxminən 23% düşüb, Artıq, Rusiyaya investorların inamı itib.
– Rusiya Federasiyasının son altı aylıq büdcə kəsiri artıq 7 trilyon rubldur!
– Zavodlar getdikcə azalan gəlirlər və inkişaf üçün vəsait çatışmazlığı ilə üzləşirlər. Bu, isə tezliklə istehsalın dayandırılmasına və kütləvi şəkildə işdən çıxarılmalara səbəb olacaq.
Keçək beynəlxalq duruma…
Ankarada bu gündən #NATO sammiti açılır. Və ev sahibi Türkiyə əsas qonaq kimi necə Trampı, elə də NATO üzvü olmayan Zelenskini də dəvət edib. Sammitdə Ukrayna prezidentinə güclü və yeni silahların verilmə məsələsi gündəmdədir.
Qlobal miqyasda, xüsusən də, onsuz da güclü sanksiya məhdudiyyətlər altında olan Rusiya neftinin qiymətləri düşməkdə davam edir. Bu isə Rusiyanın ən əsas gəlir, yaşam mənbəyidir.
Bəli, gedişat və tendensiya, reallıq və həqiqət budur. Reallıq və həqiqət Putindən başlatdığı aqressiv müharibəni dayandırnağı tələb edir, təcili ölkədaxili problemlərin həllini tələb edir.
Əks halda, Rusiyanın 90-lardakı Yeltsin dövrü çöküşü, pul, ərzaq, yanacaq qıtlığı mütləqdir!
