DünyaGündəmSiyasət

Trampın qələbə hekayəsi, yoxsa siyasi tamaşa?

Tramp İranın Hörmüz boğazını müvəqqəti də olsa açmasına görə onun dondurulmuş aktivlərinin $6 milyardını qaytarmağa hazırlaşır. Lakin bunu da xalqa qələbə kimi yedizdirmək üçün deyir ki, bu pullar ABŞ iqtisadiyyatına xidmət edəcək. ABŞ hökuməti İranın puluna ABŞ fermerlərindən sata bilmədikləri ərzaqları alıb, İrana göndərəcək. Mən bu iddiaya inanmadığım haqda yazmışdım. Məgər İranın fermerləri yoxdur? Məgər ABŞ İranın aktivlərini öz xoşu ilə qaytarır?

25 iyunda İran parlamentinin sədri, danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf məsələyə aydınlıq gətirdi:

“Amerika yalandan iddia edir ki, dondurulmamış aktivlərimizə onların kənd təsərrüfatı məhsulları alınacaq. Maraqlıdır. Yığdığımız yeganə məhsul sizin əkdiklərinizdir: onilliklərin inamsızlığı. Bu sizin təbii, bol və yerli məhsulunuzdur. Amma, görünür, ABŞ yalnız GMO soya, yerinə yetirilməyən vədlər və boş danışıqlar ixrac edir.”

Lakin bu Trampın gopalogiyasını davam etdirməyə mane olmayacaq. Görək, nə vaxta qədər gedə biləcək…

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Ox-yayla Parisə qədər: Napoleonun məğlubiyyətində türklərin undulan izi…

redaktor

Ermənistan süni intellektə keçir, Azərbaycan isə keçmişin sənayesi ilə öyünür

redaktor

Şimali Koreyanın Rusiya savaş təcrübəsi Seulu narahat edir

redaktor