26 C
Bakı
27 Sentyabr 2026 16:35
DünyaMuharibəSiyasət

“Bu cavab Ukrayna Prezidenti üçün aşağılayıcı idi” – Sikorski Zelenskinin tərəfini tutdu

Polşa və Ukrayna arasındakı siyasi gərginlik davam edir.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Polşa Xarici İşlər naziri Radoslav Sikorski Prezident Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etəmək qərarını “qeyri-məqbul” adlandırıb.

Bununla yanaşı, onun fikrincə, Zelenski Ukrayna ordusunun qalmaqala səbəb olan bölməsi üçün fərqli bir ad da düşünə bilərdi. Qeyd edək ki, ölkələr arasında gərginlik məhz Xüsusi Əməliyyat Qüvvələri bölməsinə “UPA Qəhrəmanları” adı verilməsindən qaynaqlanıb. Bu, Polşada qəzəblə qarşılanıb.

Sikorskinin sözlərinə görə, Ukrayna Prezidenti o dövrdə “UPA-nın Sovet hakimiyyətinə qarşı vuruşmaqla yanaşı, polyakları da öldürdüyünü” nəzərə almalı idi.

Eyni zamanda, nazir vurğulayıb ki, Polşanın reaksiyası qəbuledilməzdir: “Bizim cavabımız da qeyri-məqbul idi, çünki bu, Ukrayna Prezidentinin şəxsən aşağılanması idi”.

Sikorski həmçinin hesab edir ki, Navrotskinin hərəkətləri müharibə vəziyyətində olan Ukrayna Prezidenti ilə dialoqa mane olub. (AzPolitika)

 

Tacxeber.com

Oxşar xəbərlər

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

redaktor

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor