26 C
Bakı
27 Sentyabr 2026 12:28
DünyaGündəmSiyasət

Qətnamənin kölgəsində qalan həqiqətlər

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qətnaməsinin mətninə baxdım.

Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətlərə görə həbs olunmuş ermənilər haqqında bir cümlə, bircə söz belə yoxdur. Bu barədə qaldırılmış hay-küy əsassızdır.

Bu sənədi hazırlayanların niyyəti xoşdur, naxoşdur, onu deyə bilmərəm. Bunun prinsipial əhəmiyyəti də yoxdur. Önəmli olan qətnamədə yazılanların həqiqət olub-olmamasıdır. Sənəd ölkəmizdə hüquq və azadlıqlar sahəsində yaranmış dramatik vəziyyəti əks etdirir.

Çox təəssüf ki, hazırda aralarında gənc qızlar, qadınlar da olmaqla, çoxlu sayda jurnalist, siyasi və ictimai fəal həbsdə saxlanılır.  Məhkəmələr amansızcasına onlara qarşı çox vaxt qatillərə belə verilməyən ağır hökmlər çıxarmağa davam edir.

Azərbaycanda siyasi məhbus probleminə nəhayət ki, son qoyulmalı, günahsız insanlar azadlığa buraxılmalıdır.

 

Şahin Cəfərli
Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

redaktor