32 C
Bakı
12 Avqust 2026 16:30
DünyaMuharibə

Ukrayna hücum etdi, Sevastopol işıqsız qaldı

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Sevastopol şəhərinə hücumu nəticəsində yaşayış məntəqəsi işıqsız qalıb.

Tacxeber.com xəbər verir ki, bunu Sevastopolun qubernatoru Mixail Razvojayev Telegram-da yazıb.

“Ukraynanın enerji infrastrukturumuza hücumu nəticəsində şəhər müvəqqəti olaraq elektriksiz qalıb. Onlar yenidən zərbə endirir, bizi adi həyat şəraitimizdən məhrum etməyə və panika yaratmağa çalışırlar. Obyektlərdə xüsusi rejim tətbiq edilib, mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası üçün mümkün olan hər şeyi edirlər”, – o bildirib.

M.Razvojayevin sözlərinə görə, bütün fövqəladə hallar xidmətləri tam hazırlıq vəziyyətindədir.

Qubernator sakinlərə telefonlarının batareyasına qənaətlə yanaşmağı, cihazlarından yalnız təcili rabitə üçün istifadə etməyi, fon tətbiqlərini söndürməyi və smartfonların parlaqlığını minimuma endirməyi tövsiyə edib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Rusiya regionları, Azov və Qara dənizləri üzərində 320-dən çox Ukrayna dronu məhv edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev Zəngəzur dəhlizinin istifadəyə verilməsini kimin gecikdirdiyini açıqladı

redaktor

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor

Azərbaycan da Türkmənistan kimi?

redaktor