ABŞ-İran anlaşma memorandumunun 19 iyunda imzalanacağı elan olunmuşdu. Memorandum gözlənilmədən 17 iyun axşamı Versal sarayında imzalandı – belə yerdə imzalanacağını da heç kim gözləmirdi. Yəqin ki, hər şey İsrail onun imzalanmasına mane olmaq üçün vaxt qazanmasın deyə tezləşdirilmişdi.
İsrail mətbuatının yazdığına görə, imzalanana qədər Netanyahuya memorandumun mətni təqdim edilməmişdi. Təsəvvür edirsiniz, İsrailin maraqlarına toxunan məsələlər üzrə memorandum imzalanır, lakin Netanyahunun “əziz qardaşı” Tramp ona memorandumun layihəsini təqdim etmir!
İsrail memoranduma qol çəkməyib, lakin İsrailin boynuna öhdəlik qoyulub. Onun götürmədiyi öhdəliyi yerinə yetirəcəyinə ABŞ zəmanət verib. Başqa sözlə, memorandumu imzalamaqla Tramp boynuna alıb ki, İsrail onun itidir – istəsə, onu başqasının üstünə qısqırda bilər, istəsə zəncirini bağlaya bilər.
Mən biləni, İsrail indiyə qədər belə təhqir edilməmişdi.
Tramp və ya Vens (memorandumun əsas tərəfdarı odur) öz mühafizələrini gücləndirməlidirlər.
