26.6 C
Bakı
16 İyun 2026 17:10
DünyaSiyasət

Strateji korluğun bədəli

1793-cü ildə baş vermiş və tarixə, “Makkarti missiyası (Macartney Embassy)” kimi düşən hadisə, Britaniya imperiyası ilə Çin (Tsin) imperiyası arasında ilk rəsmi diplomatik qarşıdurmadır.

İngilisləri Çin İmperatoruna aparan gəmiyə çinlilər öz dillərində, “vəhşi barbarlar İmperatorumuza xərac aparır”, “İmperatorumuz vəhşilərə diz çökdürdü”, kimi yazılar asıblarmış. Gəmini görən çinlilər gülürlər, əl yelləyirlər, ingilislər də elə bilirmiş ki, əhali bunları rəğbətlə qarşılayır.

III Georqun hörmətlə yazdığı məktubla birgə, Çin İmperatoru ilə ticarət əlaqələri yaratmaq üçün ona zamanın ən müasir ona texnoloji ixtiralarını göndəribmiş – teleskoplar, saatlar, qlobuslar, planetarilər və isti hava şarı.

İmperator bütün hədiyyələri qəbul etsə də, cavab məktubunda Britaniyanı aşağılayır, bütün təklifləri, əsasən də o dövrün yeni texnologiyalarını rədd edir, sitat: “Bizim Səmavi İmperiyamız hər şeyə bolluq daxilində sahibdir və öz sərhədləri daxilində heç bir çatışmazlığı yoxdur. Sizin ölkənizin istehsal etdiyi qəribə və ya bahalı əşyalara, sənaye mallarınıza heç bir ehtiyacımız yoxdur”.
Bu hadisədən təxminən 40-50 il sonra Britaniya artıq Çinlə diplomatik dildə deyil, silah gücü ilə danışmağa qərar verdi və bu, Birinci Tiryək müharibəsinə (1839) yol açdı, Çin, demək olar ki, tamamən Britaniyanın əlaltısına çevrildi – çünki, texnoloji olaraq çox geridə idilər.

Bu gün İran və Ukrayna ətrafında baş verən hadisələrə bir də o dövrün gözü və hadisələrin alqoritmi ilə baxın, taktiki və strateji məsələləri, hədəfləri bir-birindən ayırmağa çalışın…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı məşhur jurnalist öldü

admin

Paşinyandan sülh müqaviləsi ilə bağlı açıqlama: “Sənədi imzalamağa hazıram, lakin…”

redaktor

İndi də Çexiyalı nazir vətəninə qayıda bilmir.

admin