23.2 C
Bakı
15 İyun 2026 13:06
DünyaSiyasət

Trumenin (Tramp) səhvi

Prezident Harri Trumen 11 aprel 1951-ci il gecə yarısı general Duqlas Makarturu ABŞ-ın Uzaq Şərqdəki qoşunlarının baş komandanı vəzifəsindən azad etdi.


Prezident Donald Tramp 15 iyun 2026-cı il gecə yarısı İranla sülh sövdələşməsi ilə bağlı razılığa gəldiklərini bəyan etdi.
ABŞ-ın bütün tarixi boyu ən istedadlı sərkərdəsi, qənaətimcə Mustafa Kemal Atatürkdən sonra XX əsrin ən istedadlı sərkərdəsi olan general Duqlas Makartur sovet silahları ilə silahlanmış, Şimali Koreya əsgərlərinin hərbi formasını geyinmiş nəhəng Çin ordusunun ard-arda qələbə qazanan Cənubi Koreya üzərinə əks-hücumunun qarşısını canlı qüvvə ilə almağın mümkünsüz olduğunu nəzərə alaraq nüvə silahından istifadəni və yaxud da ən azından Maonu nüvə silahı ilə təhdid etməyi təklif etdi. Maonu nüvə silahları ilə təhdid etməkdən açıq şəkildə qorxan Ağ Ev və Dövlət Departamenti çıxış yolunu İkinci Dünya Müharibəsinin qəhrəmanı, Cənubi Koreyanı yox olmaqdan xilas etmiş əfsanəvi İnçon əməliyyatının müəllifi general Duqlas Makarturu istefaya göndərməkdə gördü. Prezident Harri Trumeni qorxaqlıqda ittiham edərək sərt tənqid edən general Duqlas Makarturu 11 aprel 1951-ci il gecə yarısı istefaya göndərildi.

O zaman Tokioda olan general Duqlas Makartur 11 aprel 1951-ci ildə Prezident Trumendən aşağıdakı məzmunda teleqram aldı: “Prezident kimi vəzifəm məni sizi Baş Komandan vəzifəsindən kənarlaşdırmağa məcbur etdiyinə görə dərin təəssüf edirəm…”

Trumen adminstrasiyasının tək istədiyi Koreya müharibəsindən “ləyaqətlə” çıxmaq idi. Buna görə də general Duqlas Makarturun atom bombasından istifadə etmək tələbini rədd etdi. Konqresmenlərdən biri general Duqlas Makarturun istefaya göndərilməsini ikinci Pörl-Harbor adlandırmışdı.

Trumenin səhvi Sovet İttifaqı və Çinin Uzaq Şərqdə yayılmasına, bu gün bütün dünyanı nüvə silahı təhdid edən Şimali Koreya kimi bir problemin yaranmasına səbəb oldu.

Konqresə aralıq seçkilər ərəfəsində ABŞ-da benzinin bahalaşması Respublikaçılar Partiyasının ən azından Nümayəndələr Palatası üzərində nəzarəti itirmək təhlükəsi yaradıb. Mərc əməliyyatlarının həyata keçirildiyi polymarket internet resursu Demokratlar Partiyasının Nümayəndələr Palatasına qələbə ehtimalın 83 faiz olaraq göstərir. Buna görə də Tramp Hörmüz boğazının təcili sürətdə açılmasına və neftin qiymətinin aşağı düşməsinə nail olmağa çalışır. İranla sülh sövdələşməsi əldə etdikləri ilə bağlı Trampın ilk açıqlamaısnın mətini də bunun sübutudur: “Dünya gəmiləri, mühərriklərinizi işə salın. Mən indi Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına və eyni zamanda ABŞ tərəfindən dəniz blokadasının dərhal ləğvinə icazə verirəm”.
Trampın səhvi Trumenin səhvi kimi eyni fəlakətə səbəb ola, İranın nüvə silahına malik dövlətə çevrilməsinin yolunu aça bilər. Trampın səhvinin eyni nəticəni doğurmayacağına ümid etməyə imkan verən yeganə amil İsralin varlığıdır. İranın nüvə dövlətinə çevrilməsinə İsrailin imkan verməyəcəyinə əminəm. Üstəlik Konqresə aralıq seçkilərə beş aydan az vaxt qalıb…

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “Sülh ləyaqətli olmalı, suverenlikdən güzəşt yoxdur”

redaktor

Fulya Öztürk Azərbaycan-Ermənistan sərhədində – Video

redaktor

Türkiyədə əməliyyat zamanı həkimdən qeyri-adi addım

admin