21.4 C
Bakı
08 İyun 2026 00:29
DünyaSiyasət

Demokratiyanın son gözləntisi

Bir çoxumuz Ermənistandaki parlament seçkilərini diqqətlə, hətta paxıllıqla izləyirik. Seçkilər barədə yazılmış postlar altında Azərbaycandaki seçkilərlə müqayisələrə rast gəlirik və bununla bağlı bir lətifə yadıma düşdü.

Nikol Paşinyan, Bidzina İvanişvili və İlham Əliyev Tanrının qəbuluna düşürlər. Tanrı onlara deyir ki, hər birinizin mənə cəmi bir sual vermək haqqınız var və mən ona cavab verəcəyəm.

Nikol Paşinyan soruşur:
– Sən hər şeyə qadir Uca Tanrısan, de görüm, Ermənistanda nə vaxt ədalətli və şəffaf demokratiya olacaq?

Tanrı cavab verir:
– 10 ildən sonra.

Paşinyan inciyir, gözləri dolur, dönüb gedərkən deyir:
– O vaxta qədər mən artıq olmayacağam.

Sonra Bidzina İvanişvili soruşur:

– Sən hər şeyə qadir Uca Tanrısan, bəs Gürcüstanda nə vaxt ədalətli və şəffaf demokratiya olacaq?

Tanrı cavab verir:
– 30 ildən sonra.

İvanişvilinin də gözləri dolur, inciyir və dönüb gedərkən deyir:
– O vaxta qədər mən artıq olmayacağam.

Nəhayət, İlham Əliyev soruşur:

– Bəs Azərbaycanda nə vaxt ədalətli və şəffaf demokratiya olacaq?

Tanrı fikrə gedir, gözləri yaşarır və dönüb gedərkən deyir:

– O vaxta qədər mən artıq olmayacağam.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko: Putin belə düşünmürdü, Zelenskiyə yazığım gəlir

redaktor

“İstisu” istirahət mərkəzi zibil içində batır – FOTO

redaktor

Zalujnı: “Üçüncü dünya müharibəsi başladı, xoş gəlmisiniz”

redaktor