Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsi olaraq 5 Azərbaycan vətəndaşı həlak olub, bir neçə həmyerlimiz də ciddi yaralanıb.
Məlumata görə Taqanroq körfəzində iki yük gəmisi – Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün hərəkət edən “Natra” və həm “Zirkon” quru yük gəmiləri pilotsuz dron uçuş aparatlarının intensiv hücumuna məruz qalıb.
Hər iki gəmidə 26 nəfər (12 və 14) nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövləti mülkiyyətinə də aid deyil.
Allah rəhmət eləsin həmyerlilərimizə, ailələri, doğmalarına baş sağlığı diləyirəm, çox heyf!
Ümumiyyətlə, ixtisasına görəmi, ya ehtiyaca görəmi də olsa, bilmək lazımdır ki, müharibə zonasına getmək risklidir. Ölüm-dirim savaşı, qanlı müharibə aparan tərəf nə bilir, gəminin içində kim, hansı ölkə vətəndaşı gedir? Onun fikri düşmən hədəfini vurmaqdır. Odur, Rusiya Ukrayna tərəfdə vuruşan, Ukrayna isə, Rusiya tərəfdə vuruşan nə qədər azərbaycanlı və ya, digər ölkə vətəndaşlarını vurub da həlak edib.
Azov Dənizi zonası, Krım isə, Rusiya-Ukrayna arası savaşın alovlu, qaynar nöqtələrindəndir. Belə zonalarda, xeyli ehtiyatlı olmaq lazımdır. Vətəndaşlara XİN rəsmi xəbərdarlıq etməlidir.
Düzdür, mənim özümün də Ukraynaya, Kiyev, Odessa, Lvov kimi bölgələrə qarşıda təhqiqat səfərim var. Risqlidir, ancaq qaynar və alovlu müharibə zonaları dərəcə deyil. Allah köməyi olsun hər kəsin, soydaşların taleyi, həyatında.
