İdman

Azərbaycan millisi 1/4 finalda – Avropa çempionatı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxıb.

Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gəlib. “Tipos Arena”dakı qarşılaşma Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Azərbaycan yığması 1/4 finalda Çexiya ilə qarşılaşacaq. Çexlər 1/8 finalda Monteneqronu 2:0 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Mançester Yunayted”ə qarşı fərqli planımız olacaq” – Dambrauskas

admin

“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! – Rəsmi

admin

Superseriya-1972

admin