Qəribə dövran yaşanır, vətən Azərbaycanda. 1000 nəfərin çörəyini kəsib, 10 nəfərə çörək verən, o 10 nəfərə şərt qoyur ki, 1000 nəfərin qulağını ardıcıl dəng edib beyinlərinə salsınlar ki, “kişi” çörəkverəndir! O, 10 nəfər çörəkli isə, başlayır o 1000 nəfər çörəksiz qalanın beynini “çörəkverən kişi” adı ilə doldurmağa. Və bu ad da o, çörəksiz qalmışların dolmuş beynindən dilinə düşür. Oradan da “kişinin” adı el-obaya, xalqa yayılır. Və nəticədə, qarnı ac-tox, çörəkli- çörəksız qalmış fərq etmir, hamı o kişini artıq “çörəkverən kişi” adlandırır. Və sual qalır ki: 21- ci əsrdə 19-cu əsrin Danabaş kəndi əhvalatları, Xudayar bəylərin sindromu yaşanmırmı bizdə?
P. S.
Və bu, “Çörəkverənlər” metodları və xasiyyətləri, dünyagörüş, davranışları ilə bir-birinə oxşayırlar.
