Bu gün Azərbaycan cəmiyyətində yeni, mühüm aktuallığını və bəzi deputatların və jurnalistlərin ‘uşaq pulu’ verilməsini süngü ilə qarşılaşmasını nəzərə alıb, bu məsələnin vacibliyini izah edim.
Heç belə sual mövcud olmalımı normal, özünü tanıyan bir ölkədə? Heç gör, bunun müzakirəsi aparılarmı, yaraşarmı heç, bu? Bu axı, dövlətin mövcudluğu və ayaqda olmasının göstəricisidi. Dövlət bu pulu ən çətin, imkansız dövrdə belə, çıxarıb böyük qürurla verməlidir, oz uşaqlarına.
Niyə?
Dövlət valideyinə şərikdir hər uşağa sahiblikdə. Uşaq öz valideyni üçün övlad yetişirsə, dövlət üçün vətəndaş yetişir. Valideyin üçün gələcək kömək və yaşlı vaxtı dəstək ümid yeri yetişirsə, dövlət üçün əsgər, əhali artımı, mütəxəssis, işći qüvvə, vergi ödəyicisi yetişir. Nəhayət, Dövləti yaradan, onun mənbəyi-Xalqın da üzvü yetişir!
Görürsüzmü, uşağın dövlətə vaciblik, xeyri heç də böyüklərinkindən az deyil, vətən övladı kimi. Bəs onda uşağa yemək, geyinmək, oxumaqda, inkişafda kömək etməyən dövlət, hansı haqqla böyüyəndə ondan vətəndaş kimi öhdəlik, həm məsuliyyət tələb edə bilər? Uşaq soruşmazmı, dövlətindən ki mənə bu öhdəliyi yaradan hansı borcumdur? Anam bu ölkədə doğub məni ona görə, vəssalam? Valideyn maaşı uşağa yox, öz zəhmətinə görə alır. Hansı işçiyə uşaqlı olmaq və yaxud, uşaq sayına görə artıq maaş verilir?!
Müzakirə və arqumentləri uzatmaq olar, ancaq dövlətimiz gərək ki, uşaq məsələsində xüsusilə həssas olsun. Çünki ortada çox mühüm hüquq və mənəvi tərəfli dəyərlər var! Dövlət, hökumət çətinə yetirsə, hələlik imkanlı ailələri ayırd edib, aşağı imkanlı ailələrin uşaqlarına versin o pulu.
Lap, belə çətinlik varsa, valideynin maaşını 50 manat artırmasın, kəssin amma, o 50 manatı öz əlilə hər ay uşaq pulu halında həmin uşağa çatdırsın. Və uşaq qoy, gözünü açandan kiçik yaşından dövlətinin ona pul göndərdiyini gözü ilə görüb o pulla yemək yeyib, paltar, kitab və s. alındığını bilsin. Uşaqlıqdan dövləti hiss etsin.
Bəli, uşaqlar özünü tək valideynin yox, həm də dövlətinin övladı hiss etsin. Vətən, dövlət hissi nədən yaranır bəs uşaqda, insanda? Havadan? Dövlətin õz uşaqlarına birbaşa ünvanlı yardımı, bu yardımın təyinatlı (məhz həmin uşaq üçün!) istifadəsinə nəzarət, uşağı valideyinin, hamının gözündə sahibli, arxalı edərdi mənəvi-psixoloji.
Dövlətimiz, hökumətimiz söhbətsiz, uşaq pulu, yəni ki, “uşaqlara borcun” məsələsini həll etsin. Xahiş edərdik ki dövlət rəhbərliyi diqqətə alsın, resurs imkan cəlb edilsin bu mühüm problemə. Düzdür, bu qərar xeyli vəsait tələb edir, amma, vacibdir. Uşaq hər dövlətin önəmli atributudur. Çünki xalqın gələcəyi, dövlətin ümid dayağıdır!
44 gün zəfərli Vətən Müharibəsində tam əyani sübut olundu, uşağın böyüyüb vətənə vacibliyi.
P. S. Bu məsələ nəhayət ki öz həllini tapmalıdır. Az, ya çox qədər tədrici artımla da olsa verilsin.
