CəmiyyətGündəm

Sənədsiz evlərdə yaşayan vətəndaşlar öz əmlaklarının “girovuna”çevrilirlər

Mənə dünyada elə bir ölkə, şəhər nümunəsi göstərə bilərsinizmi ki, eyni hökumət onillərlə idarəetmədə olsun, həmin hökumət şəhərdə tramvay xəttlərini söksün, sonra da 25 il keçəndən sonra eyni tramvay xəttlərini bərpa etməklə bağlı qərar versin?!

Və ya, elə bir örnək deyə bilərsinizmi ki, 30 ildə 500-600 min “qanunsuz” tikili, həmin tikililərdə, hardasa, 1,5 milyon insan, vətəndaş yaşasın, bütün bunlara göz yumsun, indi də desin ki, əmlak amnistiyası vermirik, çünki, bu addımı atsaq, bundan sonra da qanunsuz tikililər arta bilər. Yaxşı, amnistiyanın məğzi elə odur ki, bu günə qədər olanlar rəsmiləşir, bu sürəcdə təhlükəli yerlərdə tikilən evlər ödəniş edilməklə sökülür, bundan sonra isə elə sərt mexanizm qurulur ki, qanunsuz, rəsmi icazəsi olmayan toyuq damı da tikmək mümkün olmasın.

Yaxşı, 1,5 milyon insan həmin əmlakda yaşayır, dövlət qurumları illərdir ki, onlara su-qaz-işıq satır, dolayısı ilə onların həmin ev-mənzillərdə yaşamaq hüququnu tanıyır, indi amnistiya olmasa, rəsmiləşmə baş verməsə, bu insanlar nə etməlidirlər?! Dövlətin əsas vəzifəsi insanların mənzil hüququnu təmin etmək üçün addımlar atmaqdır – bu insanlar özləri öz başının çarəsinə qalıb, ev-mənzil tikib, dövlətin yükünü azaldıb, indi nə etməlidirlər?!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Kimlərə pulsuz dərman veriləcək? – Tarix açıqlandı

redaktor

Terminal qəbzi çıxmayıb — ödəniş universitets hesabına köçsə də sübut yoxdur- Nə etməli?

redaktor

Dərmanların bahalaşmasına səbəb Tarif Şurasının yanlış qərarlarıdır — AÇIQLAMA

redaktor