CəmiyyətGündəmTəhsil

“Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər”  – Kamal Abdulla

Son vaxtlar ölkədə qəribə bir tendensiya hakimdir. Erektil funksiyası zəifləyən kim varsa, əlində bir qələm, bir mikrofon dikəldib düşür qadınların üstünə. Biri 5 qəpikdən cəmiyyətə məsləhət paylayır ki, qadına belə davranın, qadın belə olmalıdır, elə olmalıdır. Baxırsan, yekə-yekə, bığburma kişilərdir, el ağsaqqallarıdır, amma ağızlarını açanda horra tökülür.

Bu gün də xalq yazçısı, dövlət müşaviri, universitet rektoru Kamal Abdulla deyib ki, “qadınları evdə saxlayıb, uşaqlarını baxmağa yönəltsək, daha çox xeyir gətirər”. Normalda 75 yaşlı ağsaqqalın fikirlərini ciddiyə almadan, ona çox da uzaq olmayan axirət sorğu sualı üçün uğurlar arzulayardım. Amma məllimin dövlət müşaviri, universitet rektoru kimi cəmiyyət həyatına təsir edəcək rollara malik olması vadar edir ki, bir-iki kəlmə deyim.

Mənim Kamal Abdullanı dərin ictimai-siyasi tənqid etməyə nə həvəsim, nə də vaxtım var. Mənə sadəcə bir şey maraqlıdır:

Ay Kamal məllim, bəs qadının evdə uşaqlara baxması daha çox xeyir gətirirdisə, onda sizin həyat yoldaşınız, professor, AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutun direktoru 71 yaşlı ziyalı xanım Gövhər Baxşəliyeva niyə evdə oturmurdu? Hələ Gövhər xanım bir çağırış da deputat olub, yəni Kamal məllimin təbirincə desək, “əlinin xəmiri ilə” siyasətə də qarşıb.

Ay Kamal məllim, siz bütün Azərbaycan cəmiyyətinə qadına necə davranmaq barədə məsləhət verəcək mənəvi haqqı özünüzdə görürsünüzsə, niyə vaxtında öz “kişi zəhminizi” göstərib Gövhər xanıma demirdiz ki, “Ay xanım, otur evdə, uşağına bax. Sən hara ictimai fəaliyyət hara? Sən hara AMEA vitse-prezidentliyi, institut direktorluğu hara?!”. Qəribədir, deyilmi, Kamal məllim?

Vallah belə görünür ki, ya evlərində Kamal məllimin sözünün kəsəri yoxdur, el ağsaqqallığı ancaq bizə keçir, ya da Kamal məllim özünü qoyub “artistliyə”, gündəmə gəlməyə çalışır. Sən adamdakı abır-həyaya bax ki, özünə rəva bilmədiyi şeyləri, ideya və fikirləri bizə soxuşdurmağa, cəmiyyətə satmağa çalışır.

Düşünürəm ki, Gövhər xanım səssizcə bütün Azərbaycan cəmiyyətinə çox dəyərli bir məsləhət verib. “Kamal Abdullanı ciddiyə almağa ehtiyac yoxdur”. Hətta Gövhər xanımla danışmaq fürsətimiz olsa, bəlkə də bizə deyərdi:

“Gənclər, yaşlı başlı adamdır, çox da baş qoşmayın. Kamal məllim daha əvvəlki Kamal məllim deyil ee…”

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“Onu komandaya gətirməyib ki, şorabaya qoysun”

admin

“Amnistiya aktı məhkum sıxlığı problemini həll etməyəcək”

admin

Makronu arvadına görə ölkəsində belə biabır etdilər – FOTO

redaktor