DünyaGündəmMuharibə

Buça (Ukrayna) qətliamı… Xocalı qətliamının oxşarı

Buça qırğını (ukraincə: Бучанська різанина, ingiliscə: Bucha massacre) 2022-ci ilin mart ayında Ukraynanın Kiyev vilayətindəki Buça şəhəri və ətrafında baş verib. Rusiya qoşunları nəzarətində olan ərazilərdə Ukraynanın işğalı zamanı törədilmiş qırğın, qətl, talan və adam oğurluğu, işgəncə, qız-qadınlara təcavüz ilə müşayiət olunan, mülki əhali, körpələrin rus hərbçiləri tərəfdən kütləvi qətlə yetirilməsidir,

Hadisələr Rusiya Silahlı Qüvvələri üzvlərinin ittiham olunduğu müharibə cinayətləri, həm insanlığa qarşı cinayətləri təşkil edir. Qətllər zamanı 1000-dın çox əhali Buça rayonu üzrə, 490-dan çoxu Buça şəhərinin özündə edilmiş. Təxmini bizim Azərbaycanın Qarabağ bölgəsi, Xocalı şəhərində dinc əhaliyə qarşı 1991-ci il erməni-rus hərbisi törətdiyi qırğının oxşardır

Rusiyanln hərbi cəlladlarının törətdiyi bu, qətl qlrğın beynəlxalq aləmdə çox böyük əks-səda doğurub, BMT və Beynəlxalq Haaqa Kriminal Məhkəməsi, Ukrayna Prokurorluğu və nüfuzlu beynəlxalq hüquq müdafiə qurumları, müstəqil jurnalist təşkilatları tərəfindən faciə araşdırılır.

Bununla bağlı…

Onu bildirim ki, mən də bir müstəqil tədqiqat təşkilatının rəhbəri olaraq, Buça qətliamının təhqiqatı ilə məşğulam. Yaxınlarda yaşadığım Almaniyadan (Frankfurt) Kiyevə, hadisə baş verən Buça şəhərinə səfərimi planlaşdırıram.

Bununla, 30 il işğal görmüş ölkə insanı kimi, işğalın, qırğın, dağıntının nə dərəcə antiinsani ağır cinayət, yaramaz və rəzil əməl olduğunu, bir daha cəmiyyətlərə göstərməyə çalışacam. Hər kəs əlindən gələni etməlidir Rusiya çöküb geri çəkilsin. Ukraynadan, C. Qafqazdan və s…

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Boris Conson efirdən uzaqlaşdırıldı

redaktor

“Haber Global”: “20 Yanvar qətliamı Ankarada anılır” – VİDEO

redaktor

Təyyarədə uçuş zamanı telefonun söndürülməsi və ya “uçuş rejimi”ndə istifadə edilməsinin səbəbi açıqlanıb.

redaktor