CəmiyyətGündəmHadisəSiyasət

AXCP sədri, hazırda həbsdə olan Əli Kərimlinin atası rəhmətə getdi

Bir sıra siyasi və ya ictimai həmvətənlər səmimiyyətlə yazıb, Ə. Kərimlinin atasının dəfnində iştirakına icazə verilmə ümidi və aidiyyəti orqanlara öz çağrışlarını bildirdilər.

Mən bunu etmədim, çünki bilirəm ki, Kərimlinin ittiham olunduğu CM-nin ən ağır maddələri ilə həbsdə olanlara bu icazəni verməzlər. Bunu da yaxşı bilə-bilə, belə çıxışı etməyim süni çıxardı.

Qaldı ki, bir azərbaycanlı ağsaqqal və ata vəfat edib. Həm də köhnə tanışım, xeyli oturub-durub, çörək kəsib, yaxın münasibət, müzakirələrimiz olan (baxmayaraq ki, mən heç vaxt və heç bir partiya, təşkilat üzvü olmamış müstəqil, azad, hərtərəfli xüsusiyyətli olmaqla, mövqelərimiz üst-üstə əsla düşmədiyi hallar da az olmayıb) Ə. Kərimlinin atası bu dünyasını dəyişib. Allah həmin ata, ağsaqqal mərhuma rəhmət eləsin!

Qeyd edim ki, bu müstıqil, azad xüsusiyyətimlə müxalifətdə İsa Qəmbər, Fazil Mustafa, Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Mirmahmud ağa Fəttayev, Əvəz Temirxan və sair digərləri ilə də eynilə yaxın münasibətlərimiz olub. Elə, iqtidar içində də, xüsusən də hüquq-mühafizə sistemi rəhbərlərinin çoxu ilə, bəzilərinin hələ, lap daha aşağı vəzifələrdə ya bölgələrdə çalışdıqlarımız vaxtdan birgə əməkdaşlıq və ya hörmətli yaxın tanışlıq əlaqələrimiz olub və bu, bu gün də belə qalır. Hamımız eyni vətən torpağın övladlarıyıq.

Və zaman, şərait imkan verdikcə bu yaxın tanış şəxslərin tutduğu mövqe, ya vəzifəsindən asılı olmayaraq, istər nazir, istərsə də sıravilər olsun, rəhmətə gedən əzizləri, ağsaqqalları hüznündə iştirak edib baş sağlığı verməyi özümə insanlıq həmvətən borcu bilmişəm. Özləri bilir, şahiddir.

Mərhum Azərbaycanlımızın, sabiq Prezident Heydər Əliyevin rəhmətə getməsi ildönümləri də, səmimi başsağlığı borcumu bildirmişəm.

Allah, dünyasını dəyişən bütün atalara, yaxın doğmalara rəhmət eləsin, ruhları şad olsun!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İtkin düşən 13 yaşlı qızın anası: “Məni öldürsəniz də, onunla gedəcəyəm dedi” – FOTO

redaktor

Qəzza zolağında 86 jurnalist həlak oldu

redaktor

Xanhüseyn Kazımlı haqqında 2020-çi ildə yazılmış maraqlı yazı.

admin