Ukrayna Rusiyanın hücumlarına “uzunmüddətli sanksiyalar”la cavab verəcək. Əgər Moskva diplomatiyaya hazırdırsa, Kiyev də eyni şeyi edəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Ukrayna istənilən gün ədalətli davranacaq. Biz 6 may gecə yarısından atəşkəs təklif etdik. Dünən və bu gün Rusiya bu rejimi pozur”, – deyə o qeyd edib.
Zelenski bildirib ki, günün əvvəlindən bəri Rusiya bütün mümkün vasitələrdən istifadə edərək Ukraynaya qarşı zərbələr endirir. Bunlara kamikaze dronları, raket zərbələri, cəbhə xəttində atəş və hücumlar, eləcə də hava bombalarından istifadə daxildir.
Ukrayna prezidenti açıqlamasında bildirib ki, “Günün əvvəlindən və təkcə bu səhərdən bəri artıq 100-ə yaxın hücum dronları, cəbhənin əsas ərazilərində onlarla hücum əməliyyatı və onlarla hava hücumu həyata keçirilib”.
