CəmiyyətTəhsil

Təhsil gələcəkdir — və bu gələcəklə bu cür davranmaq bağışlanacaq səhv deyil

Son dövrlərdə təhsil sahəsində baş verənlərə baxanda aydın görünür ki, məsələ artıq adi idarəetmə çatışmazlığından çox-çox uzaqdır. Təhsil sistemində ortada səhlənkarlıq, məsuliyyətsizlik və formal yanaşmanın kök salmış bir modeli var.

Aprelin 29-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İmişlidə vətəndaş qəbulu keçirib. Qəbulda Beyləqan, İmişli, Saatlı və Sabirabad sakinləri iştirak ediblər.

Kağız üzərində hesabatlar “uğurdan” danışılır, reallıqda isə məktəblərdə vəziyyət günü-gündən ağırlaşır. Problemlər yığılıb qalır, amma onları həll etmək əvəzinə üstündən keçmək, “yola vermək” taktikası seçilir. Bəylər bu köhnə modeldir əmin olun. Bunaların əsas məqsədi problemi aradan qaldırmaq yox, onu gizlətməkdir.

Təhsil kimi strateji bir sahə mexaniki idarə olunur, sanki hansısa statistik rəqəmləri doldurmaq üçün işləyən bir sistemə çevrilib. Müəllimlərin problemləri, valideynlərin narazılığı, şagirdlərin real ehtiyacları isə ikinci plana atılıb.

Regionlarda vəziyyət daha acınacaqlıdır. Yerində həll olunmalı məsələlər ya gecikdirilir, ya da müxtəlif bəhanələrlə başqa instansiyalara yönləndirilir. Bu isə açıq şəkildə məsuliyyətdən yayınmaqdır. Vətəndaş aylarla, bəzən illərlə eyni problemi dilə gətirir, amma nəticə sıfır qalır.

Belə şəraitdə keçirilən görüşlər, qəbullar və iclaslar çox vaxt sadəcə görüntü xarakteri daşıyır. Bir neçə saatlıq “aktivlik”, bir neçə foto, bir neçə rəsmi cümlə — vəssalam.

Bu cür yanaşma ilə nə təhsildə keyfiyyət yüksələr, nə də sistemə olan etimad bərpa olunar. Əksinə, hər ötən gün narazılıq daha da dərinləşir.

Reallıq isə acınacaqlıdər: təhsil sahəsi bu cür davam edə bilməz. Bu gün görməməzlikdən gəlinən problemlər sabah daha böyük və idarəolunmaz nəticələr doğuracaq.

Təhsil gələcəkdir — və bu gələcəklə bu cür davranmaq bağışlanacaq səhv deyil.

 

Aslan Həmidli

Tacxeber.com

Oxşar xəbərlər

Nizami rayonunda Firdovsi Cəbrayılov kabusu: Merə də, başçıya da qalib gəlir

redaktor

Buraxılış imtahanında ən yüksək balı o topladı

redaktor

Misir Mərdanov təhsildəki problemlərdən danışdı: “Bütün hədləri aşıb”

redaktor