Digərİdman

AFFA “Araz Naxçıvan”a güzəşt etməyəcək: “Ya Naxçıvana qayıdın, ya da elitanı tərk edin”

AFFA rəhbərliyi “Araz Naxçıvan”la bağlı ciddi tədbir görməyə hazırlaşır. Naxçıvan klubunun Bakıda oynamağa davam etməsi artıq rəhbərliyin səbr kasasını doldurub.

Klubun təmsil etdiyi bölgəyə yollanmaq fikri yoxdur. Onlara kifayət qədər güzəşt edilsə də, “Araz Naxçıvan” rəhbərliyi bu məsələyə ciddi yanaşmır.

Bu səbəbdən də federasiya rəhbərliyi klub idarəediciləri ilə ciddi söhbət edəcək. Onlara Naxçıvana qayıtmaları üçün təzyiq göstəriləcəyi bildirilir.

Əgər “Araz Naxçıvan” buna  məhəl qoymasa, klubun hətta növbəti mövsümdən Premyer Liqada iştirakı belə sual altında düşə bilər.

Çünki AFFA-da  “Araz Naxçıvan”ın Bakıda oynamağa davam etməsinə narazılıq edənlər var. Onlar klub barədə ölçü götürülməli olduğunu düşünür.

Elitaya yüksələndən bir neçə il keçsə də, Naxçıvan təmsilçisi doğma meydanda oynamaq üçün heç bir səy göstərmir.

Bu məsələdə daim tənqid atəşinı tutulan AFFA isə artıq buna göz yummayacaq. İcraiyyə Komitəsinin növbəti toplantısında bu məsələnin müzakirəyə çıxarılacağı və ciddi addımların atılacağı gözlənilir. (İdmanxeber.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Futbol üzrə dünya çempionatları bu ölkələrdə keçiriləcək – Rəsmi

admin

Bəhlul Mustafazadə Azərbaycanda ilin futbolçusu seçilib

redaktor

Qurban Qurbanov: “Heyətinə baxanda, keçənilki “Sabah” bizi məğlub etmişdi”.

admin