22 C
Bakı
22 Sentyabr 2026 03:58
Hadisəİqtisadiyyat

Bu otel 265 milyona satışa çıxarıldı

Rusiyanın Kurqan şəhərində Azərbaycan mətbəxi təqdim edən restoran-otel kompleksi satışa çıxarılıb.

Müəssisəsinin azərbaycanlı sahibi hazır biznesi 265 milyon rubl dəyərində qiymətləndirib.

Elana görə, kompleksə 30 otel otağı daxildir və qiymət 265 milyon rubl göstərilsə də, sahibkar onun razılaşma yolu ilə dəyişə biləcəyini qeyd edib.

Obyekt Qoqol küçəsində yerləşir. Ümumi sahəsi 1 700 kvadratmetr olan bina dörd mərtəbədən ibarətdir. Müəssisə 2019-cu ildə fəaliyyətə başlayıb.

Həmçinin qeyd olunur ki, bu, obyektin ilk satış cəhdi deyil, otel 2021-ci ildən bəri satışa çıxarılır. (Lent.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ-da prezidentə qarşı media boykotu

admin

Fazil Qasımov məhkəmə iclaslarına aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

admin

Enerji böhranı bitmir: Neft bazarında ucuzlaşma niyə çətin görünür?

redaktor