ROKETSAN tərəfindən hazırlanan mitanksavar raketi KARAOK beynəlxalq diqqət mərkəzinə düşüb.
ABŞ-ın nüfuzlu Defense News nəşri bu gün yayımladığı materialda KARAOK-un imkanlarını geniş şəkildə təhlil edib.
Məlumata görə, raket müxtəlif məsafələrdə – 76 və 400 metrdə birbaşa, 1400 və 2050 metrdə isə üstten zərbə ilə hədəfləri dəqiq vuraraq döyüş meydanında yüksək çeviklik nümayiş etdirib.
KARAOK “atəşlə və unut” prinsipi ilə işləyir, gündüz-gecə istifadə olunur və zirehli texnikadan tutmuş möhkəmləndirilmiş mövqelərə qədər geniş hədəf spektrinə qarşı effektivdir.
Ekspertlər bildirir ki, bu sistem Türkiyənin müdafiə sənayesində müstəqilliyini gücləndirir və NATO daxilində də strateji əhəmiyyət daşıyır.
Qeyd olunur ki, müasir döyüşlərdə mobil tanksavar bölmələri hələ də əsas caydırıcı qüvvələrdən biridir və KARAOK bu sahədə Türkiyənin əlini xeyli gücləndirir.
Qısa desək: bu, sadəcə yeni silah deyil — Türkiyənin sahədə oyun qaydalarını dəyişmək iddiasıdır.
