25.7 C
Bakı
13 İyun 2026 22:39
DünyaGündəmHadisə

III Çarlz ABŞ Konqresində Ukraynaya dəstək çağırışı 20 dəfə ayaq üstə alqışlandı.

Kral parlaq çıxışında NATO-nun 11 sentyabr hücumlarından sonra 5-ci maddəni ilk dəfə tətbiq etməsini xatırlatdı.

“Bu gün Ukraynanı və onun cəsur xalqını müdafiə etmək üçün eyni sarsılmaz qətiyyətə ehtiyac var”, – deyə Kral izdihamı yerlərindən qalxmağa vadar etdi.

Çarlz həmçinin ABŞ və Böyük Britaniya, ABŞ və Avropa, ABŞ və NATO arasında birliyə çağırdı:

“Bugünkü dünya anamın 1991-ci ildə bu Palatada çıxış etdiyi dünyadan daha qeyri-sabit və daha təhlükəlidir. Britaniya bu gün üzləşdiyimiz təhdidlərin, Britaniya müdafiəsinin transformasiyasını tələb etdiyini anlayır. Buna görə də, gələcəyə hazırlaşmaq üçün ölkəmiz Soyuq Müharibədən bəri müdafiə xərclərinin ən böyük artımına məcbur olub.”

III Çarlzın yarım saatlıq çıxışını zaldakılar ən azı 20 dəfə alqışlarla qarşılayıb.

 

Sədrəddin Əhmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

PUTİNƏ ANCAQ QALİB GƏLMƏK LAZIMDIR” – 22 illik rejimi ifşa edən müsahibə

redaktor

Tramp İranın nüvə silahı hazırlamaqdan imtina etdiyini bildirib

redaktor

“Putinlə görüşməyə hazıram…” –ZELENSKİ

redaktor