13 C
Bakı
22 Aprel 2026 12:48
DünyaSiyasət

Trampın “Blef” strategiyası və İranın masa diplomasiyası

İranla müharibədə heç bir məqsədinə nail ola bilməyən, əksinə, Hörmüz boğazına nəzarəti, Körfəz ölkələrindəki radarlarını, dünyada nüfuzunu itirən ABŞ uğursuz “uran oğurluğu” əməliyyatından sonra aprelin əvvəlində İranla atəşkəs danışıqlarına başlamaq qərarına gəldi. Lakin o müharibə yolu ilə nail ola bilmədiklərini danışıqlar yolu ilə əldə etməyə çalışırdı. Bunun üçün masa arxasında güclü tərəf olmalı idi. Masa arxasında güclü tərəf olmaq üçün isə masadan kənarda güclü tərəf olduğunu sübut etməlisən.

Şəksiz güclü tərəf olduğunu sübut etmək üçün Tramp “blef” planı qurdu. Plan belə idi:
1. Tramp və Heqset davamlı şəkildə İranı “daş dövrünə qaytaracağı”, “bir sivilizasiyanı yer üzündən siləcəyi”, faktiki olaraq nüvə zərbəsi endirəcəyi ilə hədələyir.
2. İran rəhbərliyi və (və ya) əhalisi ABŞ-ın onlara qarşı nüvə silahı işlədəcəyindən qorxur və panikaya düşür.
3. Bu zaman Tramp onlara öz tələbləri üzrə danışıqlara başlamağı təklif edir.
4. Panikada olan (və ya əhalinin təzyiqindən qorxan) İran rəhbərliyi Trampın tələblərini “daş dövrünə” getməmək üçün bir fürsət kimi dərhal qəbul edir.

Lakin Trampın planı yenə alınmadı – İranın nə rəhbərliyi, nə də əhalisi Trampın təhdidlərindən nəinki qorxmadı və panikaya düşmədi, əksinə, İranın dipkorpusu Trampı lağa qoyma kampaniyasına başladı. Tramp ultimatumunun müddətini 3 dəfə artıraraq, təhdidinin şiddətini son həddə qədər yüksəltsə də xeyri olmadı.

Plan elə 2-ci bənddən baş tutmadı. Bəs neyləməli? Həmişəki kimi, Trampın “B planı” yox idi. Yəni bu adam o qədər təkəbbürlü, özündən razıdır ki, İranın onun təhdidlərindən qorxmayacağını ağlına gətirməmişdi. Müharibəni başlayanda onu, planlaşdırdığı kimi, 2 günə bitirə bilməyəndə necə panikaya düşmüşdüsə (çünki onda da “B planı” yox idi) yenə eyni vəziyyətə düşdü. 7 apreldən (bəlkə də daha tez) Türkiyə, Misir, Pakistan, Oman və sair ölkələri İrana elçi göndərdi ki, amanın bircə günüdür, İranı danışıqlar masasına oturdun.

İran atəşkəs mövzusunda danışıqlar təklifini qəbul etmirdi, müharibənin birdəfəlik dayandırılması üzrə danışıqlara başlamağı tələb edirdi. Elçilərin Trampın dilindən “yalvar-yaxarından” sonra İran aşağıdakı şərtlər altında atəşkəs üzrə danışıqlara başlamağa razı oldu:
1. Danışıqlar masasına oturmaq üçün şərtlər:

-ABŞ İranın dondurulmuş aktivlərinin bir hissəsini qaytarır;
– İsrail Livanda atəşi dayandırır.
2. Danışıqlar masasında müzakirə ediləcək məsələlər: İranın 10 bəndlik təklifi

8 aprel ultimatumun son günü idi, hamı Trampın nə edəcəyini gözləyirdi. Ultimatumun müddətini 3 dəfə artırmışdı, yenə də artırsaydı hamı ona gülər, heç kim onu ciddi qəbul etməzdi. Tramp o qədər pis vəziyyətə düşmüşdü ki, İran hansı şərtlər qoysaydı, dərhal qəbul edəcəkdi. Elə də oldu. İranın qeyd etdiyim şərtlərini qəbul etmək ABŞ üçün məğlubiyyətə bərabər idi, lakin Tramp danışıqlara başlamaq üçün onları qəbul etdi. Şərtləri elə tələsik qəbul etdi ki, heç İsraillə də məsləhətləşmədi (Livanda atəşkəs İsrailə aid məsələ idi).

Danışıqlar masasına oturmaq üçün şərt(lər) irəli sürən güclü, şərt(lər)i qeyd-şərtsiz qəbul edən tərəf zəif tərəfdir. Beləliklə, İran tərəflərin masa arxasında vəziyyətini 180° dəyişdi – ABŞ masa arxasına güclü tərəf kimi oturmağı planlaşdırmışdı, faktiki olaraq isə – zəif tərəf kimi oturmalı olurdu.

Tramp elə həmin gün danışıqlara başlamaq istəyirdi. Lakin İran 1-ci şərtləri yerinə yetirilməyincə danışıqlara getmirdi. İsrail də İranın 1-ci şərtini yerinə yetirmirdi ki, ABŞ-İran danışıqları baş tutmasın. Həm də Tramp onunla məsləhətləşmədən İranın şərtlərini qəbul etdiyi üçün Livanı bombardmanı bir az da şiddətləndirmişdi.

İranın prinsipiallığını görən Tramp Netanyahuya bir neçə dəfə zəng edib atəşi dayandırmağı xahiş etdi, bəlkə də yalvardı. Mətbuatda İranın Qətər banklarında dondurulmuş $6 milyard aktivinin qaytarılması haqda da məlumatlar getdi. Düzdür, bu sonradan təkzib edildi, amma məncə, həmin vəsait İrana qaytarılmışdı. Sadəcə, Tramp bu məsələnin qabardılmasını istəmirdi. İran da onu qabartmadı, çünki İrana vəsaitinin qaytarılması haqqında hay-küy yox, onun qaytarılması vacibdir. Xüsusən də nəzərə almaq lazımdır ki, ABŞ banklarında İranın hələ $27 milyardlıq aktivi də qalıb və onlar da qaytarılmalıdır.

Hər halda İran 11 apreldə danışıqlar masasına oturdusa, deməli, onun şərtlərindən azı biri ödənilmişdi. Livanda atəşkəsə nail olunmamışdı. Deməli ödənilən şərt vəsaitin qaytarılması idi. Həm də İran bu şərtinin yerinə yetirilmədiyini bildirmədi. İran Livanda atəşkəsə nail olunmaması ilə bağlı danışıqlara getmək istəmirdi. ABŞ ona dedi ki, danışıqlar başlayanda atəşkəs də başlayacaq (insafən, buna nail olmaq üçün ABŞ İsrail və Livanla intensiv danışıqlar aparırdı). Lakin tərəflər masaya oturduqdan sonra da İsrail müharibəni dayandırmadı. İran danışıqlar zamanı da, danışıqlardan sonra da bununla bağlı iradını bildirdi və növbəti danışıqlara yalnız Livanda atəşkəsə nail olunduqdan sonra başlayacağını bəyan etdi.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Vaşinqtonda Baydenlə görüşəcək

redaktor

Şarjda qalan telefon FACİƏYƏ səbəb oldu

redaktor

Nikol üçün “Böyük pərişanlıq”: hamı bezib… – Korotçenko

redaktor