13 C
Bakı
22 Aprel 2026 10:37
DünyaSiyasət

İranla bağlı son durum. Gedişat aydınlaşır…

Tramp az əvvəl yeni bəyanat yayıb:

“İran hökuməti daxilində ciddi fikir ayrılıqları nəzərə alınmaqla, hansı ki, təəccüblü deyil və feldmarşal A. Munir və Pakistanın Baş naziri Şərif xahişlə bizdən İran liderləri, nümayəndə heyəti vahid təklifə gələnəcən bizdən hücumu dayandırmağımız istənilib.

Buna görə də, mən hərbçilərimizə blokadaya davam etməyi və əks halda hazır və bacarıqlı qalmağı tapşırdım. Və buna görə də, atəşkəsi, təkliflər təqdim olunana və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər uzadacağam”.

Nə deməkdir bu? Əvvəl, 2 həftəlik atəşkəs idi. Bitər-bitməz daha bir 10 gün uzatdı. Sabah da ayın 22-si ikinci möhlət bitəndən bir gün əvvəl, bu gün yeni elan etdi ki, filan səbəbdən möhlət uzadılır vaxtsız. Amma istədiyi vaxt deyəcək ki, bəsdir, vaxt bitdi… Salacaqdır, rejimi seytnota.

Bunlar hamısı ABŞ-ın düşünülmüş strategiya proqramıdır İran üçün. Onu daimi nəzarət və blokada gərginlikdə saxlayıb da yormaq üçün. Bir tərəfdən vaxt verir, o tərəfdən İranın bütün dəniz sahilini, gəmilərini, neftini blokada edir, hələ dünyada hərəkət edən bütün gəmilərini tutur hərəkətsiz saxlayır. Niyə, İran hökuməti neft sata bilməsin, maddi və iqtisadi çöksün.

Və hakimiyyət içindəki ziddiyyət, parçalanma daha da güclənsin, zəifləsin, çöksün. Xalq da bu rejimin bu taqətsizliyini görüb, qalxsın sərt, yanvardakı kimi, üsyanlı müqavimətə… Sonra isə, taqətsiz ölkəyə rahat qansız itkisiz girsin. Zatən bu işdə Pakistan da ABŞ-a xidmətdədir.

Tarixdə belə hallar çox olub. O qalanı ki, sadə mühasirəyə alıb, zamanla çökdürüb də almaq olur, niyə qoşunu salıb qırğın-qiyamət eləsin? Tramp nə itirir, belə metodla, İranı mühasirəyə salıb, iqtisadi-sosial və sərt mənəvi sıxıntıyla?

Heç nə! Hörmüz əlində, neft əlində. Və üstəlik, bu arada içəridən didişən, başsız, yiyəsiz İran hakimiyyətini danışıqlarla oyuna çəkib, günü gündən parçalayır, zəiflədir. Və dünya aləmə elan edir ki, İran nüvə silahından imtina etmir, ay aman, onun əlində belə silah qalmamalıdır!Bununla, İranla savaş, blokadanı əsaslandırır.

İran rejimi hökuməti ABŞ, Trampla nahaq bu danışıqlara getdi. Əvvəla, artıq, bərk vurulub sarsılmış durumda olub, danışıqlar halında deyildilər. İkinci isə, bu amerikadır, Trampdır, bunlar danışıqların, oyununların ustasıdırlar. Bunlarda psixologiya, təsir oyunu güclüdür!

Mən Trampın tarixini analiz etmişəm, özünü gic, zəif yerinə qoyub, qarşıdakının hisslərini boşaldıb, 200 mil-q şirkəti cəmi 50 mil-a alıb! Bu da, həmin oyundur, hamı deyir Tramp boş şeydi, Tramp da deyir hə, boş şeyəm, amma dünyanı ala-ala gəlir, hətta, Putini ovsunlayır!

İran rejimi gərək ya, ilk sərt zərbələrdən sonra xoşluqla hakimiyyəti islahatçı hökumətə verə, danışıqla özləri, SEPAH da təhlükəsiz qalardı. Yada ki, qarşı tərəflə sonacan mərd vuruşardı. Belədə isə, bəzi rejim aşiqləri inciməsin, çıxış yolu görünmür, əsas da SEPAH üçün qaranlıq.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlıların Rusiya ordusunda nə işi var? – “Qazilərimizin orada ölməsi faciədir”

redaktor

Trampın müşaviri Zelenski haqqında sərt danışdı

redaktor

ABŞ-ın müdafiə naziri: “Ukraynadakı müharibə Amerika üçün şərəf məsələsidir”

redaktor