DünyaSiyasət

Yeni NATO

İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı” artıq mövcud deyil. Əlbətdə, köhnə nizamın inersiyası davam edir və bu hal keçmişin nostalgiyası ilə yaşanaları aldadır. Ancaq bu hal kecicidir və çox yaxın zamanlarda başa çatacaq. Keçmişi geri qaytarmaq mümkün deyil.

“Yalta-Potsdam dünya nizamı”nın dağılmasının yaratdığı siyasi sünami tarixin ən güclü hərbi-siyasi ittifaqı olan NATO-nu da “vurub”. ABŞ-ın NATO-dan çıxacağı ilə bağlı Donald Trampın açıqlaması da buradan qaynaqlanır. ABŞ-ın NATO-dan çıxması Trampın özbaşına fikiri deyil. Tramp dəyişikliyin qaçılmaz olduğuna inanların fikirlərinin ifadəçəsidir. Respublikaçılardan fərqli olaraq demokratların böyük çoxluğu NATO-nun mövcudluğunu davam etdirməsini müdafiə etsə də, ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğu fikiri Vaşinqtonun siyasi dairələrində önə çıxmağa başlayır.

Demokartlar Partiyasının sıralarında da ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğunu düşünən güclü liderlər önə çıxmağa başlayır.
Nümayəndələr Palatasının üzvü Ceyk Oçinkloss (Jake Auchincloss) yeni dünya nizamının yeni təhlükəsizlik sisteminin yaradılması zərurətini doğurduğunu, NATO-nun bu vəzifənin öhdəsindən gələ bilmədiyini ifadə edərək “Təhlükəsizlik qövsü” yaradılması ideyasını irəli sürüb. Demokrat Partiyasının parlayan ulduzlarından, 2028-ci il prezident seçkilərində iştirakı gözlənilən Ceyk Oçinklossun təşəbbüsü yeni bir ittifaqın yaradılmasından daha böyük hədəfləri əhatə edir.

Ceyk Oçinkloss hesab edir ki, NATO İkinci Dünya Müharibəsindən sonra sovet təhlükəsini cilovlamaq üçün yaradılmış müdafiə ittifaqı idi. Konqresmen hesab edir ki, yeni təhlükəsizlik sistemi hansısa təhlükdən müdafiə üçün yaradılma dövrü keçmişdə qalıb. “Təhlükəsizlik qövsü” təhlükəsizliklə yanaşı enerji qaynaqları və onların lojistikasını da əhatə etməlidir. Konqresmen “Təhlükəsizlik qövsü”nün ABŞ-dan Yaponiyaya kimi uzanan çoğrafiyanı əhatə etməli olduğunu qeyd edir.

Konqresmen Ceyk Oçinklossun bu ideyası haqqında geniş məlumat olmasa da, təhlükəsizliklə yanaşı enerji qaynaqları və onların lojistikasını da əhatə etməli olan “Təhlükəsizlik qövsü”nün Azərbaycanın və Mərkəzi Asiyanın maraqlarına uyğun olduğu qənaətindəyəm. Qənaətimcə, Konqresmen Ceyk Oçinklossun “Təhlükəsizlik qövsü” ideyası “Xəzər asayişi” Alyansı ideyasının qlobal miqyaslı ifadəsidir. “Xəzər asayişi” Alyansı ABŞ və İsrailin Xəzər hövzəsəindəki maraqlarının, Azərbaycan və Mərkəzi Asiyada təhlükəsizlik, enerji və lojistikanı əhatə etməyi nəzərdə tutur. Demokrat konqresmeninin təşəbbüsü isə daha geniş çoğrafiyanı əhatə edərək qlobal xarakter daşıyır.

Ekspertlərin ilkin mövqeyi belədir ki, konqresmen Oçinklossun bu ideyası Qərbin üzləşdiyi yeni çağrış və təhdidləri həll etməyə qadirdir. Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi, İran ətrafındakı proseslər enerji qaynaqları və lojistikanın təhlükəsizlik sisteminin bir parçası olduğunu, bu məsələləri müdafiə ittifaqları çərçivəsində həll etməyin mümkünsüzlüyünü göstərdi. ABŞ-ın İrana qarşı hərbi əməliyyatını Avropa ölkələrinin dəstəkləməməsi müdafiə ittifaqlarının vaxtının ötüb-keçdiyini təsdiqlədi. Yeni alyanslar birgə müdafiə ilə yanaşı enerji qaynaqları və lojistikanı da əhatə etməlidir.

Harvard və Massaçusets Texnologiya İnstitutu məzunu, dəniz piyadalarının ehtiyatda olan zabiti Ceyk Oçinkloss Trampı zəif lider hesab edir və ABŞ-ın güclü liderə ehtiyacı olduğunu düşünür. Oçinkloss hesab edir ki, ABŞ Ukrayna, İsrail və Tayvan kimi müttəfiqlərini dəstəkləməyə davam etməlidir. Konqresmenin “Təhlükəsizlik qövsü” ideyasında Ukrayna və İsrailə xüsusi önəm verilib. Ukrayna və İsrailin qızğın müdafiəçilərindən olan konqresmen Ceyk Oçinkloss Trampın İranla sövdələşmək cəhdinin fəlakətli səhv olduğunu bildirib.

NATO-nun formalaşmaqda olan yeni dünya nizamının tələblərinə cavab vermədiyini, buna görə ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacın olduğu haqqında çoxsaylı məqalələr yazılır, fikirlər irəli sürülür. Konqresmen Ceyk Oçinklossin “Təhlükəsizlik qövsü” ideyası hələlik onların ən mükəmməli və mötəbəridir.
Avropada da yeni təhlükəsizlik sistemi, yeni NATO arayışları var. Bu isə növbəti məqalənin mövzusudur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna 3000 km məsafəni vura biləcək raket istehsal edir.

admin

İtkin düşən Çinin müdafiə naziri.

admin

“Paris Ukraynaya suverenliyini bərpa etməyə kömək edəcək” – Makron

redaktor