Namiq Quliyev Salyan Elektrik Şəbəkəsinin rəisi
Yağış yağır — işıq sönür
Qar yağır — işıq sönür
Külək əsir — işıq sönür
Günəş çıxır — bəlkə…
Salyan sakinləri artıq meteoroloq olub. Hava proqnozuna baxırlar yağış var mı? Deməli bu gecə şam almalıyıq.
Namiq müəllim illərdir rəisdir. Şəbəkə isə illərdir eynidir hər, çiskinə, hər küləyə, hər qar dənəsinə uduzur.
Amma hər dəfə eyni xəbər çıxır: Qəza aradan qaldırıldı! Hansı qəza, qardaş? Bu qəza deyil, bu “ənənədir”.
Xalq şam tədarük edir, fənər alır, poverbank şarj edir. Çünki bilir bu gecə deyilsə, sabah, bu həftə deyilsə, gələn həftə bunlara ehtiyyacı olacaq.
Salyan işıqsız qalmaqda *rekord qırır*, Namiq müəllim isə yerində, rahat , isti, işıqlı iş otağında məmur həyatından həzz alır.
Bu gedişlə növbəti yağışda artıq Salyan üzər Namiq Quliyevin iş bacarmamağının sayəsində.
Namiq Quliyev biləsən ki, mən Sərdar Qubadsoy sahibkaram. Hər ay ortalama 300 azn elektrik enerjisi üçün hökumətə pul ödəyirəm. Allah eləməsin mənim obyektimdə hər hansısa bir texnika sənin ucbatından xarab olsun…
