14 C
Bakı
01 Aprel 2026 13:00
DünyaSiyasət

Həbsdə olan jurnalistlərin kameraları dəyişdirilir.

Meydan TV-nin hazırda həbsdə olan jurnalistləri — Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdıq saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən işgəncə hadisəsini ictimailəşdirdikdən sonra onların otaqlarının dəyişdirilməsi barədə qərar verilib.

Bu barədə Meydan TV-nin jurnalistləri məlumat verib.

Martın 23-də təcridxananın ümumi rejim rəisi Vahid Atakişiyevin nəzarəti ilə iki məhbus əlləri qandallanaraq gəzinti sahəsində 15 dəqiqə yaxın işgəncəyə məruz qalıblar. Hadisəyə şahid olan jurnalistlər buna etiraz edərkən təcridxana əməkdaşları onları da təhqir edib.

Jurnalistlərin sözlərinə görə, bu hadisə ictimailəşdikdən sonra təcridxana rəisi Elnur İsmayılov bildirib ki, bundan sonra gəzinti sahəsinə baxan otaqlar kamera kimi istifadə olunmayacaq.

Jurnalistlər deyir ki, buna səbəb təcridxananın gəzinti sahəsində baş verən işgəncə halına qarşı etiraz etmələri olub.

(Könül Alıyeva)

Tacxeber.com

Oxşar xəbərlər

Polis araşdırması zamanı həmin tablo tapılmayıb, onun əvəzində mənşəyi hələ müəyyənləşdirilməmiş digər əsərlər aşkarlanıb.

admin

Ərlə belə zarafat olmur, Makron narahatdır – Bədən dili mütəxəssisi

redaktor

Nepal həbsxanalarından 15 mindən çox məhbus qaçdı

redaktor