12 C
Bakı
01 Aprel 2026 00:49
DünyaGündəmSiyasət

Bir daha Hörmüz haqqında.

Tutalım, sabah müharibə bitdi, ABŞ, İsrail, İran – hər biri özünü qalib elan etdi.

Yaxşı, Hürmüz İranın daxili suları deyil, indi Tehran bu məsələni təzyiq alətinə (uğurlu gedişdir) çevirib. Hətta Omanın daxili sularından keçən, sadəcə limanlarda dayanan tankerlərə hücum edir deyə, gəmilər risk etmir, çünki, sığorta şirkətləri, məhz müharibəyə görə sığorta etməkdən imtina edir.

Sabah müharibə dayanır, ABŞ bölgədən çəkilir, İsrail hücumlarını dayandırır, gəmilər də Hörmüzün Omana aid hissəsindən keçməyə başlayır – İran onları vuracaqmı?! ABŞ-a deyəcək, getmə, gəl bir az da bombala, mən də raket atım?!

Yəni, İranın “Hörmüz aləti” ancaq müharibə zamanı keçərlidir, müharibə dayansa, bu alət sadəcə itir-batır. İran müharibə dayanandan sonra Oman sularından keçən gəmilərə hücum etsə, bu zaman Körfəz ölkələri də İrandan çıxan gəmiləri vura bilər. İranın 90% nefti, 75% xarici ticarəti Hörmüzdən keçir – yəni, Hörmüz İran üçün hər iki üzü iti olan “bıçaqdı”, özü də kəsə bilər, Hörmüz ikitərəfli bağlansa, İranda ərzaq, dərman, və s. qıtlığı yarana, əhali yenidən ciddi etirazlara qalxa bilər…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Dediyini eləsə, ölkə cənnətə çevrilərdi; amma etdikləri nəticəsində cəhənnəmdə yaşayırıq.

admin

Kremli belə urvatsız edən, fəndə salan olmamışdı – Sülhməramlılar gedir

redaktor

Albaniyanın Britaniyaya təyin olunan yeni səfirinin qanunsuz miqrant olması üzə çıxdı

redaktor