DünyaSiyasət

Zelenski Ukrayna dronlarının lağa qoyulmasına görə Rheinmetall rəhbərinə cavab verdi.

Ukrayna Prezidenti Vladimir Zelenski Rheinmetall şirkətinin baş direktoru Armin Pappergerin Ukrayna dron istehsalçıları ilə bağlı şərhlərinə cavab verib.

Papperger əvvəllər Ukrayna dronlarını “evdar qadın işi” adlandırırdı.

“Əgər Ukraynadakı hər bir evdar qadın həqiqətən dron istehsal edə bilirsə, onda Ukraynadakı hər bir evdar qadın Rheinmetall şirkətinin baş direktoru ola bilər. Və mən Ukrayna müdafiə sənayemizi bu yüksək səviyyə münasibətilə təbrik edirəm”, – deyə o bildirib.

Ukrayna Prezidenti həmçinin qeyd edib ki, rəqabət sözlərə deyil, nəticələrə əsaslanmalıdır.

Zelenski vurğulayıb ki, “Və biz bu texnologiyaların nəticələrini hər gün döyüş meydanında, yerdə, səmada və bilirsiniz ki, dənizdə nümayiş etdiririk”.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor