15 C
Bakı
30 Mart 2026 17:35
DünyaHadisəSiyasət

ABŞ Senatında Dr. Qubad İbadoğlunun portreti qaldırıldı — azadlığı tələb olundu

ABŞ Senatında Dr. Qubad İbadoğlunun portreti qaldırıldı — azadlığı tələb olundu

ABŞ Konqresinin Senat zalında çıxış edən nüfuzlu senator Dick Durbin dünyada insan haqlarının vəziyyətinə diqqət çəkərək, 5 ölkədə siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. O, çıxışında Azərbaycanla yanaşı BƏƏ, Çin, Tunis və Ekvatorial Qvineyada demokratiya uğrunda fəaliyyət göstərən şəxslərin həbsinə toxunub.

Senator, bu insanların mətbuat azadlığı, insan hüquqları və əsas siyasi azadlıqları müdafiə etdiklərinə görə cəzalandırıldığını vurğulayıb. Çıxış zamanı Qubad İbadoğlu ilə yanaşı, BƏƏ-dən Ahmed Mansoor, Çindən Gulshan Abbas, Tunisdən Sonia və Ramla Dahmani bacıları, eləcə də Ekvatorial Qvineyadan Joaquin Elo Ayeto kimi şəxslərin adı çəkilib.

Senator Durbin bildirib ki, bu məsələ artıq ayrı-ayrı şəxslərlə məhdudlaşmır — bu, daha geniş şəkildə hüquqların qorunması, şəffaflıq və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı qlobal müzakirənin bir hissəsidir.

Dr. İbadoğlu haqqında danışarkən senator qeyd edib ki, o, Azərbaycanda antikorrupsiya üzrə tanınmış tədqiqatçı və insan haqları müdafiəçisidir. Onun həbsi isə ölkənin neft və qaz sektorunda korrupsiya ilə bağlı araşdırmalarının nəticəsi kimi qiymətləndirilir. 2024-cü ildə ev dustaqlığına buraxılmasına baxmayaraq, onun hələ də lazımi tibbi və hüquqi yardımlara çıxışının məhdud olduğu və ailəsinin təzyiqlərlə üzləşdiyi vurğulanıb.

“Dr. İbadoğlu Azərbaycanda haqsız yerə həbs edilmiş və tam azadlığa buraxılmalı olan bir çox şəxsdən biridir” — deyə senator bildirib və onların dərhal azad edilməsinə çağırıb.

Sonda isə o, təsirli bir mesaj verib:

“Burada etdiklərimiz həqiqətən vacibdir. Dostum, həbsdə olan rusiyalı dissident Vladimir Kara-Murza mənə tez-tez xatırladırdı ki, siyasi məhbus üçün ən böyük qorxu unudulmaqdır. Buna görə demək istəyirəm — siz unudulmursunuz və biz sizin azadlığınız uğrunda danışmağa davam edəcəyik.”

 

Rafiq Ənvəroğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qarayevin “qara siyahısı”

admin

Şoltsun rezin çəkmələri qəzəbə səbəb oldu

redaktor

“İşçi Masası”nın üzvü Sara Rəhimovanın saxlanıldığı deyilir

admin