DünyaGündəmHadisə

Belə yağışlar olanda niyə Tiflis ya İrəvanı su basmır?

Düzünü desək, mənim hələ, Bakıda ilk tələbə, sovetlər vaxtımda hər dəfə güclü yağış olanda küçələri, evləri su basırdı. Düşünürdüm ki, belə yağışlar olanda niyə Tiflis ya İrəvanı su basmır?

Sonralar anladım ki, o şəhərlər dağ ya dağətəyi relyefdədir, Bakı isə dağ-dərələrin dibində. Belə, sanki bir çaladır, bütün ətraf sular da oraya axır. Hava axını da o cür, yuxarı dağ-dərədən fırlanır gəlir, dolur Bakıya. Şəhər yağış, külək problemli.

Bu, təbii şərtlər məsələnin bir tərəfi. Bəs, sovet dövründən nə qədər keçib, Azərbaycan şükür ki, xeyli imkanlaşıb, paytaxtı Bakı da, xeyli müasir, 21-əsr inkişaf, texnologiya şəhəri olub. Ölkə də nə qədər bu problem üzrə ixtisaslılara malikdir.

Həmin imkanlardan istifadə ilə niyə ki, paytaxt Bakıda bu, subasma problemi hələ də, bu gün davam ilə, şəhərin infrastrukturu düzəlməsin? Hamı təriflədiyi, beynəlxalq tədbirlər keçirilən, müasir Bakının. Yəqin, bu da korrupsiyalıqdır!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın dəniz piyadaları olan iki hərbi gəmisi Riqaya gəldi

admin

İnsanlıq siyasətdən daha vacib olduqda

redaktor

BMT-dən XƏBƏRDARLIQ: “ChatGPT ciddi problemlər yarada bilər”

redaktor