11 C
Bakı
27 Mart 2026 18:35
DünyaSiyasət

Nağıl yox, reallıq vaxtıdır…

Deyirlər, yazırlar, Tramp onun şərt və tələblərilə sülh razılaşması üçün İran rejiminə verdiyi vaxtı daha 10 gün uzadıb. İlk öncə 48 saat və ondan sonra 5 gün vaxt vermişdi. İranın molla rejimini 47 il ayaqda saxlayan “Mehdi (ə.s) gəlir” ümidli xurafatın təbliğinə düşmüş cameə hay vurur ki, Tramp, ABŞ geri çəkilir, İran artıq qalibdir, filan.

Tam yanlışdır. Tramp o vaxtı və o uzatmaları öz planı üzrə, İran rejimi üzərinə quru qoşunlarının həmləsi və onu son həmlə ilə də bitirmək üçün edir. Bu vaxt və uzatmaları Trampa qoşunlarını, hərbi texniki-texnoloji imkanlarını İran ətrafında toparlamaq, İran rejiminə qarşı ərəb və s. xeyli dövlətlərin koalisiyasını qurmaq üçün lazımdır. Venesuela hücumu ərəfəsi də bu cür baş qatdı.

Deyirlər, yazırlar, İran rejimi ABŞ-ın quru tərəflə hücumuna qarşı 1 milyon əsgər səfərbər edib. Və İran daxili və xaricində (eləcə də ölkəmizdə) olan həmin o, “Mehdi gəlir!” cameəsi yenə, hay vurur ki, quru döyüşlərində ABŞ məhvdir, molla rejimi qalibdir, yeganə rejimdir ki, ayaqda qaldı.

Tam yanlışdır. Reallıqdan uzaq. Rejim öz hava məkanını əldən verəndən, başı üzərində rəqib tərəfin qırıcı-bombardmançı təyyarələri rahat dövrə vuran istədiyi obyekti, ya şəxsi vurursa, bunun qarşısında quru piyada qoşun nə etsin Rəqib tərəf sənin o piyada qoşununu havadan vurub-qırıb, o sahəni təmizləyib, irəli gedəcək. Sənin 1 yox, lap 5 milyon yazıq piyada əsgərin göydən gələn raket-bombanı güllə ilə vuracaq?

İran molla rejiminin məhv edilən rəhbərliyinin qalanları yaxşısı budur, müəyyən, sağ qalmaq sülh razılaşması ilə hakimiyyəti İranın xalqına təhvil versin. İranda xalqın rifahı, milli dostluq və bərabərlik, dünyəvi yön demokratik inkişaf ölkəsi bərqərar olsun. Qonşu və bütün dünya ölkələri ilə normal münasibətli, təxribatsız və terror dəstəksiz, “inqilab ixracsiz” İran dövləti!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ömürlük həbs verilən qardaşlara 24 il sonra bəraət verildi.

admin

İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi

redaktor

“Suriya bütöv qalmalıdır və federalizm gərəksizdir”

admin