25 C
Bakı
20 Avqust 2026 06:25
CəmiyyətQalmaqal

Qalmaqllarda adı hallanan prokuror prokurorluq sistemindən kənarlaşdırılıb

Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.

H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb.O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn H.Yusifzadə mərhum prokuror Vəli Yusifovun oğludur.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor

İnflyasiya ən çox kasıbı sıxacaq: 5,7%-lik artım kimlərə təsir edəcək?

redaktor

Həyat yoldaşları saçyolduya çıxdı – Oteldə dava

admin